Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-471/2025 01.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 493cü maddəsi ilə olan inzibati xəta haqqında protokola (xx.xx.2025-ci il tarixli 00100-02631/25) və toplanmış materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə olan inzibati xəta haqqında inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2025-ci il tarixli 00100-02631/25 nömrəli “inzibati xəta haqqında” protokol üzrə) “başlanmışdır ki, ona çatdırılması üçün ARMU9031719 nömrəli nəqliyyat vasitəsi ilə ölkəyə gətirilib xx.xx.2025-ci il tarixdə, saat 16-35 radələrində gömrük ərazisinə daxil olmuş mallaraa dair **********8647 sorğu nömrəli Gömrük bəyənnaməsi 15 gün keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ərizə verərərk Şəxs MMC-nin hüquqi ünvanı dəyişərək Ağdam rayonu, Ağdam şəhəri, 20 Yanvar küçəsi, X1 ünvanında qeydiyyata alındığını göstərib işi baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs MMC (VÖEN: **********) Ağdam rayonu, Ağdam şəhəri, 20 Yanvar küçəsi, X1 ünvanında qeydiyyata alınmışdır. AR İXM-nin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən nzibati xəta haqqında işə baxılarkən Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilir. Məhkəmə aşkar edilən inzibati xətanın Şəxs MMC-nin fəaliyyəti ilə əlaqədar müvafiq hərəkətlərin edilməməsi barədə olduğunu və Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına qeydiyyata alındığı yer üzrə baxılması haqqında vəsatətini əzərə alaraq hesab edir ki, işin materialları baxılması üçün aidiyyət üzrə Ağdam rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat materialları (xx.xx.2025-ci il tarixli 00100-02631/25 nömrəli “inzibati xəta haqqında protokol”) baxılması üçün aidiyyət üzrə Ağdam rayon məhkəməsinə göndərilsin. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-471/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-471/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver