Məhkəmə qərarları › İş №3(025)-474/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-474/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-474/2021 07.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 katibliyi ilə, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi, ev 7 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin ENŞ-nin böyük müfəttişi X3 17 sentyabr 2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə MN ******* nömrəli protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Qəbələ şəhəri, H.Aslanov küçəsi ünvanında yerləşən Şəxs məxsus “Ev, torpaq alqı-satqısıvə kirayəsi” obyektinə aid ümumi ölçüləri 4,73 kv.m ümumi sayı 7 ədəd olan fasad reklamlarını müvafir icazə sənədləri olmadan qanunsuz reklam yerləşdirilməsi və yayımlanması faktı müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 17.09.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsi tərəfindən ona reklam yerləşdiriməsi ilə bağlı göstəriş göndərilmiş və reklamın dayandırılması üçün möhlət verilmişdir. Reklam yayımın qadağan olduğnu bilməmişəm. Problemləri ilə əlaqədar olaraq Bakı şəhərində olduğu üçün reklam lövhələrini sökə bilməmişdir. Odur ki, barəsində tərtib olunmuş protokolu üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin ENŞ-nin böyük müfəttişi X3 tərəfindən tərtib edilmiş 17 sentyabr 2021ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»na uyğun olaraq birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 01-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr istisna olmaqla, digər hallarda, açıq məkanda reklam yerləşdirilməsinə görə reklam yayıcıları müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəyərək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə almalı, icazə müqaviləsini bağlamalı və reklam yayımına görə haqq ödəməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallardan görünür ki, inzibati xəta törədən Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibat itənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar