Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-474/2022 17.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxxx 1988-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 noyabr 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Mehman adlı şəxsə məxsus çay evində qumar oynamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 29 oktyabr 2022ci il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Mehman adlı şəxsə məxsus çay evində qumar oynamışdır. Onların qumar oynamaları video vasitəsi ilə çəkilmişdir. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən Mehmana məxsus çay evində o, Miqubət, Tural və Səxavət ilə birlikdə domino ilə qumar oynamışlar. Qumardan udulan pulla 35 manat dəyərində yeyib-içmək qurmaq istəmişlər. Hər oyunu 3 manatdan oynamışlar. Onlar domino daşı ilə qumar oynayan zaman polis əməkdaşları çay evinə daxil olmuşlar. Onlara qumar oyununun qanun pozuntusu olduğunu izah etmişlər. Onların qumar oynamalarından kafenin sahibi Mehmanın xəbəri olmamışdır. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Mehmana məxsus çay evində həmin qəsəbənin sakinləri Miqubət, Aqşin və Səxavət ilə birgə domino daşı ilə qumar oynamışlar. Qumardan udulan pulla 35 manat dəyərində yeyib-içmək istəmişlər. Bu zaman polis əməkdaşları çəkiliş ilə içəri daxil olmuşlar və onlara qumar oynamağın qanunsuz olduğunu izah etmişlər. Daha sonra isə polis şöbəsinə gedərək izahat vermişlər. Çay evinin sahibi olan Mehmanın onların qumar oynamasından xəbəri olmamışdır və buna görə onlardan hər hansı məbləğdə pul tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X8 da, X3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Qəbələ rayonu Vəndam qəsəbəsində icarə əsasında kafe işlədir. xx.xx.2022-ci il tarixdə icarə əsasında işlətdiyi kafedə Vəndam qəsəbə sakinləri olan Tural, Miqubət, Aqşin və Səxavət yeyib-içmək məqsədilə domino daşları ilə qumar oynamışlar. Həmin vaxt polis əməkdaşları içəri daxil olmuş və onları polis şöbəsinə dəvət etmişlər. Onun çay evində qumar oynanılmasından xəbəri olmamışdır və bu kimi hallar hec vaxt olmamışdır. Belə ki, yuxarıda adlarını qeyd etdiyi şəxslər kənd sakinləri kimi kafedə domino oynamışlar, sonra isə dominonu qumar oynamışlar və onun xəbəri olmamışdır. Həmçinin izahatında əlavə olaraq göstərmişdir ki, hal-hazırda icarəyə götürdüyü obyekt kafe kimi fəaliyyət göstərsə də, VÖEN-i əvvəldən dayandırmışdır və vrgi orqanlarında qeydiyyata düşməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 28 fevral 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində çay evində qumar oyunu oynayan zaman 28 ədəd domino daşı, 6 ədəd 1 manatlıq pul əskinazı, 1 ədəd 5 manatlıq pul əskinazı maddi sübut olaraq götürülmüşdür. Aktın doğruluğunu, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X2, Qəbələ RPŞ-nin polis leytenantı X10, X4, X7, X5 və X8 öz imzaları ilə təsdiq etmişlər. - Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən Şəxs Miqubət Nifdalıyev, Tural Hacıyev və Səxavət Adayev ilə birlikə qumar oynaması müəyyən olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs qumar oynaması özünün etirafedici izahatı, həmçinin İXH-da protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 3(025)-473/2022 saylı inzibati xətalar haqqında iş üzrə oyun ləvazimatı olan 28 ədəd domino daşı, 6 ədəd 1 manatlıq pul əskinazı, 1 ədəd 5 manatlıq pul əskinazı dövlət nəfinə müsadirə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 3(025)-473/2022 saylı qərarı ilə oyun ləvazimatı olan 28 ədəd domino daşının, 6 ədəd 1 manatlıq pul əskinazının və 1 ədəd 5 manatlıq pul əskinazının dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qəbələ Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 3(025)-473/2022 saylı qərarı ilə oyun ləvazimatı olan 28 ədəd domino daşının, 6 ədəd 1 manatlıq pul əskinazının və 1 ədəd 5 manatlıq pul əskinazının dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-474/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-474/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver