Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-475/2023 18.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, X1 BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16230588 nömrəli qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 323.3-cü (əslində 332.3-cü maddə) maddəsi ilə 300 manat məbləğində inzibati cərimə edilməsinə dair BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16230588 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmənin BDYPİ-dən əldə olunmuş şifahi sorğusuna əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə BDYPİ tərəfindən yuxarıda qeyd edilən məsələyə baxılaraq, X2 xx.xx.2023-cü il tarixli, EQ 16230588 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən tədbiq edilmiş 300 manat məbləğində cərimə tənbehi ləğv edilmiş, A.N.Göycəyevin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə tövsif edilmiş və ona inzibati qaydada 10 manat məbləğində cərimə tədbiq edilmişdir. Göründüyü kimi, X1 şikayət verdiyi qərar ləğv edilmiş, hazırda məhkəməyə verilmiş şikayətə BDYPİ tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 16230588 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-475/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-475/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver