Məhkəmə qərarları › İş №3(025)-475/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-475/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-475/2025 02.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs X6 və Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X5 iştirakı ilə, AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ilə X6 xx.xx.2025-ci il tarixdə, saat 19:22 radələrində “Nissan X-Trail” minik markalı **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verdiyinə görə AR İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X6 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus olan “Nissan X-Trail” minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək X9 və azyaşlı nəvəsi ilə birlikdə təmiz havada gəzmək məqsıdilə Qəbələ şəhərinin “Qəbələnd” İstirahət Mərkəzinin qarşısındakı əraziyə getmiş və avtomobili maşın dayanacağına bitişik ərazidə heç bir nəqliyyat vasitəsinin olmadığı yerdə saxlamışdır. Maşın dayandıqdan sonra X2 sükan arxasına keçmiş, nəqliyyat vasitəsinin idarə olunması qaydaları ilə nəzəri surətdə tanış olmuş, lakin avtomobili idarə etməmişdir. Həmin vaxt avtomobilin X2 tərəfindən idarə olunmasına dair heç bir sübut olmadığından barəsində AR İXM-nin 335.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Ona görə də, 60,0 manat məbləğində cərimə olunması haqqında AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. AR DİN Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X10 göstərmişdir ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 19:22 radələrində “Nissan X-Trail” minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan X1 vermişdir. Pozuntu AR DİN PPX əməkdaşları tərəfindən aşkar edilmiş və ərazidəki müşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır. Ona görə də, X6 barəsində AR İXM-nin 335.1-ci maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və o, inzibati qaydada tənbeh edilmişdir. İşdə olan GD diskinə baxış zamanı X4 idarə etdiyi “Nissan X-Trail” minik markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə, saat 19:22 radələrində təlim məqsədilə nəqliyyat vasitəsini idarə etmək bacarığı olmayan şəxsə verdiyi izlənmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 335.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 19:22 radələrində idarə etdiyi “Nissan X-Trail” minik markalı **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməkdən ötrü idarəetmə hüququ olmayan şəxsə verərək AR İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, səlahiyyətli orqan onu AR İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar