Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-476/2020 18.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Rusiya Federasiyası, Krasnoyarks şəhərində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi sakini Şəxs aralarında baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi sakini Şəxs aralarında baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs bu barədə xx.xx.2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 22 ildir ki, Zərərçəkmiş şəxs ilə evlidir, həmin nikahdan iki qız övladı var, evli olduğu müddət ərzində arvadı Qönçə ilə aralarında mütəmadi olaraq münaqişələr baş verir. Onların arasında olan münaqişələrin səbəbi arvadı Qönçənin ondan mütəmadi olaraq pul istəməsi olmuşdur. xx.xx.2020-ci il tarixdə arvadı Qönçə evdə olan zaman əli ilə onun qulaq nahiyyəsinin arxa hissəsinə bir dəfə vurdu, həmin vaxt o, polisə şikayət etmədi, daha sonra isə xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində arvadı Qönçə onun baş nahiyyəsinə kartof əzmək üçün istifadə olunan plastik vasitə ilə bir dəfə vurmuşdur, həmin vaxt o, baş nahiyyəsindən xəsarət almışdır, xx.xx.2020-ci il tarixdə arvadı Qönçə onu vuran zaman o arvadını vurmamışdır. Lakin Qönçə onun başına həmin alət ilə vurduqdan sonra o da əsəbləşəıək arvadı Qönçənin saçından tutaraq onu yerə itələdi, həmin vaxt arvadı Qönçə yerə yıxılmışdır. xx.xx.2020-ci il tarixdə isə onların arasında mübahisə yarandı, həmin vaxt saat 21:00 radələrində arvadı Qönçə onun sifətinin sağ hissəsindən iki dəfə həmin plastik alət ilə vurdu. Arvadı onu vuran zaman o, arvadı Qönçəni vurmamışdır, eləcə də onun saçından xx.xx.2020-ci il tarixdə tutmamışdır. Arvadı onu vurduğu üçün o da evdə olan gül dibçəklərinin hamısını həyətə ataraq qırdı, lakin həmin vaxt o, azyaşlı qızı Cəmiləni itələmiş, lakin Cəmiləni yıxmamışdır. Onların arasında mütəmadi olaraq münaqişələr baş verir, xx.xx.2020-ci ii tarixdə arvadı Qönçə onu vuran zaman yaxınlıqda heç kim yox idi, xx.xx.2020-ci ii tarixdə o arvadı iiə qarşılıqlı münaqişə edən zaman, yəni arvadı onun başına plastik alət ilə vuran zaman, eləcə də o, arvadı Qönçənin saçından tutaraq yerə yıxan zaman yaxınlıqda sadəcə qızları Cəmilə və Yuliya var idi, xx.xx.2020-ci il tarixdə isə arvadı Qönçə onun sifətinə iki dəfə plastik alət ilə vuran zaman yaxınlıqda yenə də qızları Yuliya və Cəmilə var idi, arvadı Qönçənin onu vurduğunu qızları görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Şəxs ilə 1998-ci il tarixdə rəsmi nikah ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı anadan olmuşdur. Ailə həyatı qurduqları vaxtdan aralarında mütəmadi olaraq ailə münaqişələri baş verir. xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində əri Cəlil sərxoş vəziyyətdə evə gələrək heç bir səbəb olmadan evdə münaqişə yaradıb onu və iki qız övladını döymüşdür. Lakin həmin gün heç bir orqana bu barədə məlumat verməmiş, həmin gün evdən uşaqları ilə birlikdə qayınatasının evinə getmişdir. İki gün orada qaldıqdan sonra öz evinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 08 radələrində əri Cəlil sərxoş vəziyyətdə evə gəlmiş, evdə münaqişə yaradıb evin əşyalarını sındırıb dağıtmağa başlamışdır. Buna görə də DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Həmin gün Cəlil onlan döyməmişdir. Onlar evdən çıxıb qaynatası Zahidin evinə getdilər. Cəlil onu döyən zaman o da əri Cəlilə qarşı fiziki güc tətbiq edərək üz nahiyyəsinə araq şüşəsi ilə bir dəfə vurmuşdur. Cəlil onu döyən zaman sol qolundan və baş nahiyyəsindən xəsarət almışdır. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, atası və anasının arasında uzun müddətdir ki münaqişələr mövcuddur. Müxtəlif vaxtlarda atası evə sərxoş vəziyyətdə gəlmiş, bu da evdə münaqişənin yaranmasına səbəb olmuşdur. xx.xx.2020-ci il tarixdə atası və anası yenidən münaqişə etmişlər. Münaqişə zamanı atası anasının saçından tutaraq yerə yıxmışdır. Daha sonra isə yumruğu ilə anasının başndan vurdu. Həmin vaxt atası bacısını – Cəmiləni pilləkənə yıxdı. Bu münaqişə təxminən 1 saat davam elədi. Bu zaman anası – Qönçə araq butulkasını atası Cəlilin başına vurdu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 545 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazunun içəri orta 1/3-nin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-476/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-476/2020
18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver