Məhkəmə qərarları › İş №3(025)-477/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-477/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-477/2020 18.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanovun, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxsnun barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranan münaqişə zəmnində sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsində Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranan münaqişə zəmnində sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 1998-ci il tarixdə rəsmi nikah ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı anadan olmuşdur. Ailə həyatı qurduqları vaxtdan aralarında mütəmadi olaraq ailə münaqişələri baş verir. xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində əri Cəlil sərxoş vəziyyətdə evə gələrək heç bir səbəb olmadan evdə münaqişə yaradıb onu və iki qız övladını döymüşdür. Lakin həmin gün heç bir orqana bu barədə məlumat verməmiş, həmin gün evdən uşaqları ilə birlikdə qayınatasının evinə getmişdir. İki gün orada qaldıqdan sonra öz evinə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə axşam saat 08 radələrində əri Cəlil sərxoş vəziyyətdə evə gəlmiş, evdə münaqişə yaradıb evin əşyalarını sındırıb dağıtmağa başlamışdır. Buna görə də DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Həmin gün Cəlil onlan döyməmişdir. Onlar evdən çıxıb qaynatası Zahidin evinə getdilər. Cəlil onu döyən zaman o da əri Cəlilə qarşı fiziki güc tətbiq edərək üz nahiyyəsinə araq şüşəsi ilə bir dəfə vurmuşdur. Cəlil onu döyən zaman sol qolundan və baş nahiyyəsindən xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 22 ildir ki, Şəxs ilə evlidir, həmin nikahdan iki qız övladı var, evli olduğu müddət ərzində arvadı Qönçə ilə aralarında mütəmadi olaraq münaqişələr baş verir. Onların arasında olan münaqişələrin səbəbi arvadı Qönçənin ondan mütəmadi olaraq pul istəməsi olmuşdur. xx.xx.2020-ci il tarixdə arvadı Qönçə evdə olan zaman əli ilə onun qulaq nahiyyəsinin arxa hissəsinə bir dəfə vurdu, həmin vaxt o, polisə şikayət etmədi, daha sonra isə xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində arvadı Qönçə onun baş nahiyyəsinə kartof əzmək üçün istifadə olunan plastik vasitə ilə bir dəfə vurmuşdur, həmin vaxt o, baş nahiyyəsindən xəsarət almışdır, xx.xx.2020-ci il tarixdə arvadı Qönçə onu vuran zaman o arvadını vurmamışdır. Lakin Qönçə onun başına həmin alət ilə vurduqdan sonra o da əsəbləşəıək arvadı Qönçənin saçından tutaraq onu yerə itələdi, həmin vaxt arvadı Qönçə yerə yıxılmışdır. xx.xx.2020-ci il tarixdə isə onların arasında mübahisə yarandı, həmin vaxt saat 21:00 radələrində arvadı Qönçə onun sifətinin sağ hissəsindən iki dəfə həmin plastik alət ilə vurdu. Arvadı onu vuran zaman o, arvadı Qönçəni vurmamışdır, eləcə də onun saçından xx.xx.2020-ci il tarixdə tutmamışdır. Arvadı onu vurduğu üçün o da evdə olan gül dibçəklərinin hamısını həyətə ataraq qırdı, lakin həmin vaxt o, azyaşlı qızı Cəmiləni itələmiş, lakin Cəmiləni yıxmamışdır. Onların arasında mütəmadi olaraq münaqişələr baş verir, xx.xx.2020-ci ii tarixdə arvadı Qönçə onu vuran zaman yaxınlıqda heç kim yox idi, xx.xx.2020-ci ii tarixdə o arvadı iiə qarşılıqlı münaqişə edən zaman, yəni arvadı onun başına plastik alət ilə vuran zaman, eləcə də o, arvadı Qönçənin saçından tutaraq yerə yıxan zaman yaxınlıqda sadəcə qızları Cəmilə və Yuliya var idi, xx.xx.2020-ci il tarixdə isə arvadı Qönçə onun sifətinə iki dəfə plastik alət ilə vuran zaman yaxınlıqda yenə də qızları Yuliya və Cəmilə var idi, arvadı Qönçənin onu vurduğunu qızları görmüşdür. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahin Osmanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar