Məhkəmə qərarları › İş №3(025)-478/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-478/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-478/2020 27.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Nəsimi RPİ 19-cu Polis Şöbəsinin polis baş leynenantı E.Babayev tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Şəxs Nəsimi rayonu 20 Yanvar küçəsində komendant saatını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 517-2.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə atasına məxsus obyektdən gələrkən polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində protokol tərtib olunmuşdur. Komendant saatı rejimini pozduğuna görə peşmandır və barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 517-2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda MN № ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda olan Şəxs izahatından görünür ki, sonuncu komendant saatını pozduğunu etiraf etmiş və protokolla razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-in 517-2.1-ci maddəsinə əsasən, Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 8-ci bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının təsdiq edilməsi qərar alınmışdır. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli, 358 nömrəli qərarına əsasən qərara alınmışdır:

1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilsin (3 nömrəli əlavə). Göründüyü kimi Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar küçəsində komendant saatını pozmuş və icazəsi olması barədə müvafiq sənədi onda olmaması səbəbindən təqdim etməmiş və onun barəsində tərtib olunmuş protokolla razılaşmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 15.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmamasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,150,158-132 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər.

Sədrlik edən: Abbas Əliyev

İş № 3(025)-449/2020

MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ

xx xxxxxx 2020-ci il Qəbələ şəhəri

Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə

X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 09:30-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır, hansı inzibati materiala baxıldığını elan edir və məhkəmə iclasına dəvət olunmuş şəxslərin gəlmələri barədə məlumat vermək üçün iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü araşdırır. Məhkəmə yerində müşavirə edərək, qərara alır: “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilsin”. Sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclasının katibini elan edir. Sədrlik edən – Əliyev Abbas Baba oğlu Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızı Öz-özünə etiraz daxil olmadı. Sədrlik edən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri elan edir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qərarı elan edir. Məhkəmə iclası bağlı elan olunur.

Sədrlik edən: Abbas Əliyev

Məhkəmə iclas katibi: Çinarə Qədirzadə

AZƏRBAYCAN RESPUBLİKASİ QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ AZ 3600 Qəbələ şəhəri, H.Əliyev prospekti 58 Tel: (051) ***-**-** www. gabalacourt.gov.az Elektron ünvan

İş № 3(025)-343/2020 xx.xx.2020

Qəbələ rayon Polis şöbəsinin rəisi, polis polkovniki cənab Nadir Məmmədova

X1 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 4 Qəbələ Rayon Məhkəməsinin 3(025)-343/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir.

Qoşma: qərarın surəti 01 vərəqə 02 səhifə - hər bir ünvana

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar