Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-479/2021 28.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxsnın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Qəbələ rayonu, Abrıq kəndində anadan olmuş, Qəbələ rayonu, Abrıq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 25.08.2021-ci il tarixdə Qəbələ rayonu, Dandıq kəndində Şəxs bağ yeri adlanan ərazidə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X2 izahatında bildirmişdir ki, 25.08.2021-ci il tarixdə Qəbələ rayonu, Dandıq kəndində Şəxs bağ yeri adlanan ərazidə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, meşə idarəsindən müqavilə ilə Qəbələ rayon Dandıq kəndində torpaq sahəsi icarəyə götürmüş və həmin torpaq sahəsində yonca əkmişdir. Həmin bağın kənarlarını hasarlayıbr. Sözügedən bağ sahəsinə son 20 gün ərzində Zərərçəkmiş şəxs 3 baş inəkləri keçib. Bir neçə dəfə heyvanları oradan çıxardaraq Səfaya xəbərdarlıq edib. 25.08.2021-ci il tarixdə 16 yaşlı oğlu Vüsalı bağ sahəsinə heyvan keçib keçmədiyinə baxması üçün göndərmiş, Vüsal qayıdaraq bağda mal yoxdur demişdir. Əvvəlki gündən Səfanın malları bağa keçərək hasarı dağıtmış, buna görə oğluna dedi ki, gedək oranı düzəldək. Belə olub əlinə dəhrə, kərki və mismar götürərək oğlu ilə birlikdə bağ sahəsinə getdilər. Bağa çatan zaman görmüş ki, Səfanın malları bağ sahəsindədir. Malları çıxardaraq Səfaya zəng etdi və gəlib mallarını apar dedi. O gəlirəm demişdir. Oğlu ilə hasarı düzəltməyə başladı, bir müddət sonra Səfa gəldi, onu görmədən oğluna ucadan səs ilə çəpəri düzəltməmisiz buna görə keçibdi dedi, sonradan onun yanına gəldi, ona mallarına nəzarət et mənim bağıma keçməsin dedi. Belə olub aralarında sözlü mübahisə yarandı, ona sənin malların mənim bağıma keçsə atıb öldürəcəm dedi, o bu zaman onun üzərinə hücum edərək sən mənim mallarımı ata bilməzsən dedi. Ona məndən aralan desə də, Səfa bir neçə dəfə onun üzərinə gəlmiş, sonuncu dəfə gələn zaman ayağını Səfanın ayağına keçirərək yerə yıxmışdır. Oğlu kənarda hasarın hissələrini aparırmış. Oğlu ona tərəf gələrək ata baş qoşma gəl gedək dedi. Kənara çəkildi və Səfaya dur get dedi. O ayağa qalxaraq telefon ilə zəng edərək çıxıb getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs Ağəli oğlunun yaşadıqları kənddə bağ sahəsi vardır. O özü Abrıx kənd sakinidir, lakin Dandıx kəndində təsərrüfat işləri ilə məşğul olur. 25.08.2021-ci il tarixdə saat 10 radələrində Ruslan ona zəng edərək sənin inəyin mənim yerimə keçibdir, gəl bura demiş, ona gəlirəm deyərək həmin yerə getmişdir. Ora gedən zaman azyaşlı oğlu ilə Ruslan bağ sahələrinin yanında dayandıqlarını gördü, inəyin yerini soruşan zaman Ruslan ona inəyi digər istiqamətə sürdüyünü bildirdi. Ona sənin yerinə tək mənim inəyim keçmir, çox adamın inəyi keçir dedi, Ruslan ona ancaq sənin inəyin keçir deyərək sözlü mübahisə etməyə başladə. Ona sənin inəyini də, səni də ataram dedi. Ona telefonum sənin səsini yazır, danışığına fikir ver demiş, bu zaman Ruslan onun üzərinə hücum edərək telefonu əlindən almaq istəmiş, sonra Ruslan öz ayağını onun ayağına keçirdərək onu yerə yıxmış, üzərində oturmuş, bu zaman onun əlindəki dəhrə aləti sol əlini kəsmiş, sonradan isə yavaş zərbə ilə ağız nahiyəsinə zərbə vurmuş, onun yanındakı azyşalı oğlu atasına etmə deyərək itələyib onun üzərindən kənara çəkdmişdir. Bundan sonra ayağa qalxmış və 102 xidmətinə zəng etmiş, mübahisə dayanmışdır. Mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamış, Ruslanı vurmamış, əvvəllər aralarında mal-qaranın bağ sahəsinə keçməsi ilə bağlı mübahisə olmuşdur. Sonda isə Şəxs ilə barışdığını, ondan 300 manat pulun qəbul etdiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-479/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-479/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver