Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-479/2022 24.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2022-ci il tarixdə Şəxs Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış evində 1 ədəd BUM markalı, cüt lülə, 16 kalibirli,1963-cü il istehsalı, lülə nömrəsi N54022, qundaq nömrəsi 138418-63, bala qundaq nömrəsi olmayan olan mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış evində 1 ədəd BUM markalı, cüt lülə, 16 kalibirli,1963-cü il istehsalı, lülə nömrəsi N54022, qundaq nömrəsi 138418-63, bala qundaq nömrəsi olmayan olan mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, 14 il bundan qabaq 1 ədəd BUM markalı, cüt lülə, 16 kalibirli,1963-cü il istehsalı, lülə nömrəsi N54022, qundaq nömrəsi 138418-63, bala qundaq nömrəsi olmayan olan mülki ov silahını qaynatası X4 ona hədiyyə olaraq bağışlamışdır. Həmin silah qaynatasına məxsus olmuşdur. Lakin həmin silahın qaynatasının və ya onun adına heç bir sənədi yoxdur. Silahı aldığı gündən Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşayış evinin damında saxlayırdı və istifadə etməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq onda sənədsiz ov silahı olduğunu və təhvil verməli olduğumu bildirdilər. Həmin vaxt o ov silahını polis əməkdaşlarına təhvil verdi. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 04 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli işdə olan özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd BUM markalı, cüt lülə, 16 kalibirli,1963-cü il istehsalı, lülə nömrəsi N54022, qundaq nömrəsi 138418-63, bala qundaq nömrəsi mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-479/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-479/2022
24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver