Məhkəmə qərarları › İş №3(025)-479/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-479/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-479/2025 07.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədov Gülanə Elmdar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak ilə, xx.xx.1950-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli İXP 7420242) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində özünə məxsus bir baş iri buynuzlu heyvanı Qəbələ rayonu, Zarağan kəndindən keçən asvalt örtüklü yola nəzarətsiz buraxmış və heyvan həmin yolda hərəkətdə olan “Hyundai” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə, təsərrüfatında olan 1 baş heyvan nəzarətsiz qalmış və həyətdən uzaqlaşaraq asvalt örtüklü yolda avtomobillə vurulmuşdur. Yolun həmin hissəsində heyvanların olduğunu göstərən işarə qoyulmuş, heyvanın avtomobillə vurularaq yaralanmasında onun təqsiri yoxdur. Ona görə də, barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 338.5-ci maddəsinə əsasən....., mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti qaydaları haqqında” AR Qanunun 1-ci maddəsinin 38-ci bəndinə əsasən malqara ötürən- mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs hadisə vaxtı mal-qaranı yoldan keçirmədiyindən təsərrüfatında olan bir baş iribuynuzlu heyvanın xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Ağdaş-Qəbələ avtomobil yolunun Qəbələ rayonu Zarağan kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilə çırpılması ilə nəticələnən yol nəqliyyat hadisəsində təqsirli deyil. Sürücü Zərərçəkmiş şəxs 1.24 yol nişanı tələblərinə tabe olmayaraq yolda təhlükəsiz hərəkət şəraiti yaratmamışdır. Ona görə də, Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında iş (xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol) üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar