Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-48/2025 14.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X4 AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş X3 tərəfindən verilmiş şikayətə və iş üzrə ötürülmüş müddətin bərpası haqqında vəsatətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ilə X3 Qəbələ rayonu Nic qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində köküstə yaş ağacları kəsdiyinə görə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə olunmuşdur. X3 AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət etmiş və qərarın surətini son vaxtlarda aldığını göstərərək şikayət vermə müddətin bərpasına dair vəsatət qaldırmışdır. İş materiallarından görünür ki, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanaraq borclu X2 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmiş, həmin müddətdə tələb ödənilmədiyindən məcburi icra tədbirləri başlanaraq borcluya məxsus olan “VAZ 21060” markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin axtarışı elan edilmişdir. AR İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş X3 AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət etməyərək şikayət etmə müddətini heç bir üzürlü səbəb olmadan buraxmışdır. X3 qərarın surətini sonrakı vaxtlarda aldığını bildirsə də, nə vaxt aldığını göstərməmiş və bununla bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də, barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş X1 ötürülmüş müddətin bərpası haqqında vəsatəti təmin edilməyərək AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 və 130.3-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 ötürülmüş müddətin bərpası haqqında vəsatəti təmin edilməsin və AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayəti geri qaytarılsın. Qərardaddan 10 ( on) gün müddətində AR Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-48/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-48/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver