Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-480/2024 20.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X10, qərarı barəsində şikayət verilmiş orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X9 iştirakları ilə X3 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X4 X15 iş üzrə MN ******* nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X4 X15 iş üzrə MN ******* nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tərəfindən tərtib olunmuş 13 avqust 2024-cü il tarixli MN № ******* saylı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməyi qeyd edilmişdir. Qəbələ rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tərəfindən qəbul edilmiş 13 avqust 2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Protokola yalnız protokolu tərtib edən şəxs imza etmişdir, protokolda qeyd edilir ki, guya o, tullantını yol kənarına atmışdır. Protokol tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması inzibati xəta tərkibi kimi təsbit edilmişdir. Qəbələ rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tərəfindən tərtib olunmuş 13 avqust 2024-cü il tarixli MN № ******* saylı X2 istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərini pozması qeyd edilmişdir. O, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərini pozmamış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı tərkibini törətməmişdir. Qeyd edilən qanunvericiliyin tələbləri tərəfindən pozulmamışdır, polis əməkdaşının bu məzmunda X15 protokol tərtib etməsi qanunsuzdur, polis əməkdaşının belə bir səlahiyyəti yoxdur. Tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı inzibati xəta törədilməmişdir. Həmin qərar qanunsuz və əsassızdır, protokolda qeyd edilən faktlar saxtadır. X15 protokolu tərtib edən Qəbələ rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmuşdur. İşə baxan Qəbələ rayon Polis Şöbəsinin rəisi tərəfindən inzibati xəta hadisəsinin olub-olmaması, inzibati xətanın kim tərəfindən törədilməsi, inzibati orqanın əməkdaşının tərtib etdiyi sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib olunub-olunmaması araşdırmamış, iş üçün mühüm əhəmiyyəti olan sübutları tələb etmədən və zəruri məlumatları almadan barəmdə qanunsuz qərar çıxarmış, əməlimdə inzibati xətanın tərkib hissəsi olmadığı halda, barəsində əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq etmişdir. Hesab edir ki, Qəbələ rayon Polis Şöbəsinin rəisi tərəfindən barəmdə inzibati tənbeh tətbiq edilməsi barəsindəki qərarı ləğv edilməli və barəsindəki iX15 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X14 şikayətə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, ona protokol yazılan yerdə arıçılıq ilə məşğul olurlar. Zibilləri həmin yerə qısa müddətə tökmüşlər. Daha sonra isə həmin zibil Levent Turan tərəfindən yandırılmışdır. X17 tərəfindən yandırılsa da, əsassız olaraq o cərimə edilmişdir. Qərarı barəsində şikayət verilmiş orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X12 izahatında göstərdi ki, X14 tərəfindən İXMnin 266.3-cü maddəsinin tələbləri pozulduğundan onun barəsində protokol tərtib etmişdir. Müəyyən edilmişdir ki, X14 tərəfindən icazə verilməyən yerlərə zibil atılmışdır. Halbuki, həmin yerdən 2 km məsafədə zibillərin atılması üçün Bələdiyyə tərəfindən yer ayrılmışdır. Şamo Muşdaqov barəsində protokol tərtib edərkən, icazəsiz yerə atılmış zibillərin yanında Muşdaqov Şamodan başqa heç kim olmamışdır. Şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 13 avqust 2024-cü il tarixli X15 protokoldan görünür ki, X14 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində məişət tullantılarını urnalardan kənar yerə, yol kənarına tullamışdır. İş materiallarında olan Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X4 X15 iş üzrə MN ******* nömrəli, 13 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində məişət tullantılarını urnalardan kənar yerə, yol kənarına tullamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı X14 öz izahatında zibillərin tutumlardan kənara onun tərəfindən atıldığını qeyd etmişdir. Lakin o, zibillərin Levent Turan adlı şəxs tərəfindən yandırıldığını, bu səbəbdən sonuncunun barəsində X15 qərar qəbul olunmalı olduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə zamanı X10 özünün izahatından da, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində məişət tullantılarını urnalardan kənar yerə, yol kənarına tulladığı müəyyən edilmişdir. X5 hazırkı şikayətində barəsində tərtib edilmiş X15 protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X10 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X4 X15 iş üzrə MN ******* nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən X15 iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X4 X15 iş üzrə MN ******* nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-480/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-480/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver