Məhkəmə qərarları › İş №3(025)-481/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-481/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-481/2023 07.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (atası) X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 2001-ci il iyunun 24-də Qəbələ rayonu Zirik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Qəbələ rayonu Zirik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 sentyabr 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Qəbələ rayonu Zirik kəndində yerləşən yaşayış həyətində qeyri-rəsmi nikah münasibətində olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüşdür. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 07 sentyabr 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Qəbələ rayonu Zirik kəndində yerləşən yaşayış həyətində qeyri-rəsmi nikah münasibətində olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən fiziki ağrı yetirərək döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan əlavə 2022-ci ildə də Şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs döymüş və məhkəmə tərəfindən cərimə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayon, Ziring kənd sakinidir. Zərərçəkmiş şəxs onun arvadıdır və həmin şəxslə 4 ildir ki, evlidirlər. 1 azyaşlı oğlu vardır. xx.xx.2023-cü il tarixdə işdən evə gəldikdən sonra axşam saat 21 radələrində çölə çıxmaq istəyərkən arvadı Şadlıq ona icazə verməmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saat 21 radələrində arvadı ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs üzündən bir neçə dəfə şillə və baş nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə təxminən 1 dəqiqə davam etmiş, mübahisə zamanı ona başqa heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı əlində bıçaq olmamış, bıçaqla onun əl nahiyyəsinə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı Zərərçəkmiş şəxs qolu çörək bişirilən aparata dəymiş, şüşənin sınması nəticəsində, daha sonra Zərərçəkmiş şəxs ağlayaraq yerə oturmuş, bu ərəfədə ehtiyyatsızlıqdan onun əli qırıq şüşə parçalarına dəymiş və əlinin kəsilmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi – anası X3 iştirakı ilə izahat verən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ rayon, Ziring kənd sakinidir. Şəxs onun əridir. Həmin şəxslə 4 ildir ki, evlidir və 1 azyaşlı uşaqları vardır. Əri ilə aralarında mütəmadi olaraq mübahisələri olur. Mübahisələrinin səbəbi əri yaşadıqları evə mütəmadi olaraq içkili vəziyyətdə gəlir. xx.xx.2023-cü il tarixdə, axşam saat 21 radələrində əri yaşadıqları Qəbələ rayon Ziring kəndindəki evdə olarkən, evə gec gəldiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı əri onun baş nahiyyəsindən yumruqla 3 dəfə, hər iki ayaq nahiyyəsindən təpiklə vurmuş, onun əlində bıçaq olmuş, bıçaq ilə onun üzərinə gəlmiş, özünü müdafiə etmək istəmiş, əri onun sol əl nahiyyəsindən bıçaqla xəsarət yetirmişdir. Həmçinin, əri onun kürək nahiyyəsindən yumruqla bir neçə dəfə vurmuş, aralarında olan mübahisənin 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı ərinə heç bir xəsarət yetirməmişdir. Həmçinin əri Mirzə daha əvvəllər də onu döydüyü üçün məhkəməyə gətirilmiş və məhkəmənin qərarı ilə 300 manat cərimə olunmuşdur. Həmin cəriməni də onun qızıllarını sataraq ödəmişdir. Cərimə cəzası onun islah olunmasına kömək etməmiş, əksinə onu daha da çox döymüşdür. Təqribən bir il bundan əvvəl də belə bir hadisə olmuş və Mirzənin barəsində məhkəmə cərimə cəzası vermişdir. Lakin o, bundan nəticə çıxarmamışdır. Hal-hazırda Şəxs ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının 395 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində, burunun, hər iki əlin üst səthinin sıyrıqları, sol əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsinin səthi kəsilmiş yarası, alt çənənin sol tərəfinin, sol kürək nahiyyəsinin, sol budun ön aşağı və sağ budun ön aşağı və sağ budun bayır aşağı 1/3-nin qançırı kimi xəsarətinin olduğu, hər iki əlin üst səthinin sıyrıqları, alt çənənin sol tərəfinin, sol kürək nahiyyəsinin, sol budun ön aşağı və sağ budun bayır aşağı 1/3nin qançırı küt alətin(əşyaların) təsirindən, sol əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsinin səthi kəsilmiş yarası, iti kəsici xarakterə malik olan alətin(əşyaların) təsirindən yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində törənə biləcəyi, qeyd olunan xəsarətin sağlamlığa zərər vurmayan bədən xəsarətinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/1160 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 sentyabr 2023-cü il saat 15:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar