Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-482/2025 23.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X2 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, M.F.Axundov küçəsi ev 11-də qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol, (xx.xx.2025-ci il tarixli MN 2197233) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, İ.B.Qutqaşınlı küçəsində Zərərçəkmiş şəxs aldadaraq ona məxsus olan 430 (dörd yüz otuz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, M.F.Axundov küçəsi ev 9-da yaşayır və heç yerdə işləmir. xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən mağazaya siqaret almaq üçün girmiş və mağazadan çıxıb evə tərəf gələrkən yağış yağdığı üçün tanımadığı evin qapısında dayanıb gözləmişdir. Həmin vaxt içəridən bir nəfər qadın çıxıb ona yaxınlaşmış və salam verərək “bu pul sizə çatır” deyərək ona 430,0 manat vermişdir. O, da heç bir söz demədən pulu alıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 90-da yaşayır. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Cahangir Musabəyov ona zəng edərək aldıqları 430 (dörd yüz otuz) manat dəyəri olan sementin pulunu Tərlan adında ustaya verməsini tapşırmışdir. O, küçəyə çıxaraq qapıda dayanmış bir nəfəri görüb sementin pulunun ona çatacağını soruşmuş, Şəxs adında həmin şəxs “bəli pullar mənə çatacaq” deyərək 430 (dörd yüz otuz) manatı ondan alaraq həmin yerdən uzaqlaşmışdır. Cahangir evə gəldikdən sonra Tərlan ustaya pulun çatmadığı məlum olmuş və bu barədə Qəbələ RPŞ-ə məlumat verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-482/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-482/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver