Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-483/2021 04.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi X3 23.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən həmin şikayəti vermək üçün müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsinə dair ərizəyə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi X3 23.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayətlə məhkəməyə müraciət edib bu qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini, habelə şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, polisin onu cərimə etdiyi barədə qərardan 10.09.2021ci il tarixdə məlumat tutmuşdur. Dərhal qərarı Xətai RPİ-dən almış və alan kimi şikayət ərizəsini yazaraq məhkəməyə poçt vasitəsilə göndərmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizədə göstərilən hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sözügedən qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, şikayətçi buraxılmış müddətin bərpa edilməsinə dair ərizədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi X4 tərəfindən qəbul edilmiş 23.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan və onun nəticəsindən 10.09.2021-ci il tarixdə xəbərdar olduğunu qeyd etsə də, şikayət ərizəsində sözügedən qərardad 02.09.2021-ci il tarixində sürücülük vəsiqəsi imtahına getdikdə xəbərdar olduğunu bildirmişdir. Göründüyü kimi şikayətçi qərardan xəbərdar olduğu müddətləri fərqli olaraq göstərmişdir. Həmçinin göstərdiyi hallara dair məhkəməyə başqa hər hansı sübut təqdim etməmişdir. Göstərilən hallar şikayətin verilməsinə dair ötürülmüş müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi X3 23.08.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X2 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-483/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-483/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver