Məhkəmə qərarları › İş №3(025)-484/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-484/2021

14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-484/2021 14.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1982-ci il avqustun 15-də Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Uludaş kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 oktyabr 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 19.08.2021-ci il tarixdə Uludaş kənd sakini Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin kənarında ağac materialdan olan çəpəri qəsdən yandıraraq sonuncu ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 28 sentyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, iş materiallarına əsasən Şəxs 19.08.2021ci il tarixdə Uludaş kənd sakini Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin kənarında ağac materialdan olan çəpəri qəsdən yandıraraq sonuncu ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Musalim ilə onun arasında uzun müddətdir ki, ədavət və münaqişəsi vardır. O, Musalim ilə küsülüdür və onunla danışmır. 18.08.2021-ci il tarixdə səhər saatlarında evdən çıxıb fındıq yığmaq üçün getmişdir. Axşam saat 20 radələrində evinə qayıtmış, ondan sonra isə evdən çölə çıxmamışdır. Musalimin bağ sahəsinin kənarında ağac hasarın kim tərəfindən yandırılması ilə bağlı heç bir məlumatı yoxdur. Səhər yuxudan durduqdan sonra fındıq bağında işləyən zaman Musalimin bağ sahəsinin kənarında olan çəpərin yanmasını bilmişdir. Onun Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin kənarında olan ağac hasarın onun tərəfindən yandırılmasını təsdiq edən heç bir sübut olmamasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 19.08.2021-ci il tarixdə o evində yatmışdır. Həmin vaxt qonşusu ona zəng edərək bağ sahəsinin çəpərinin yandığını bildirmişdir. O da buna görə həmin yerə getmiş, gedən zaman çəpərin yandığını, YMH-nin avtomobili də eyni zamanda yanğın baş verən yerə gəlmişdir. Tez bir zamanda yanğın söndürülmüş, yanğın zamanı bağ sahənin kənarında olan ağac kolluq çəpərin təxminən 20 metr hissəsi yanaraq yararsız hala düşmüşdür. O, yanğının qəsdən yandırıldığını bilmişdir. Buna görə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək çəpərin Uludaş kənd sakini Şəxs tərəfindən qəsdən yandırıldığını bildirmişdir. Buna səbəb isə Şəxs əvvəllər də iki dəfə onun bağ sahəsinin çəpərinin yandırılması olmuşdur. O, özü Şəxs yangını törətməsini görməmiş, bunu ehtimal edir. Yanğın zamanı ona 100 manat maddi ziyan dəymişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, HK-1/1030 saylı material üzrə cinayət tərkibi olmadığı üçün bununla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə həmin faktla bağlı tədbir görülməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, eyni zamanda iş materiallarında olan sənədlərlə 19.08.2021-ci il tarixdə saat 01:10 radələrində Uludaş kəndində Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin kənarında olan ağac hasarın 20 metr hissəsinin yanaraq 100 manat maddi ziyan dəyməsi müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxs əmlakını qəsdən məhv etməsi və ya zədələməsi öz təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs həm məhkəmə icasında verdiyi izahatında, həm də iş materiallarında olan izahatlarında Şəxs ona məxsus bağ sahəsində yerləşən hasarın yandırılaraq ziyan göstərməsini ehtimal etdiyini qeyd etsə də, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmişdir. Yəni, Şəxs hərəkətləri qəsdən Zərərçəkmiş şəxs bağ sahəsinin kənarında yerləşən hasarın yandırılaraq zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş kapitanı X2 28 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görürür ki, Şəxs Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin hasarının yandırılaraq maddi ziyan göstərməsini ilə bağlı izahatında heç bir qeyd aparmamışdır. Lakin təhqiqatçı yalnız “zərərçəkmiş” Zərərçəkmiş şəxs izahatına əsasən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib olunmalı olduğunu göstərmişdir. Eyni zamanda təhqiqatçı hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını rədd qərarında əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Nəticədə rədd qərarı əsasında Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən heç bir araşdırılma aparılmadan Şəxs barəsində İnzibati xəta haqqında (İXH) protokol tərtib olunmuşdur. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs hərəkətlərində Şəxs məxsus bağ sahəsinin kənarındakı hasarı yandıraraq qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs həmin yangın hadisəsi ilə bağlı aidiyyatının olmasına dair sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, 19 avqust 2021-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin kənarındakı hasara qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232- 1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar