Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-484/2023 05.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ RPŞ-nin DYPB-nin YPXİ-nın polis serjantı X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 avqust 2023-cü il tarixdə gecə saat 01:00 radələrində Qəbələ rayon, Laza kəndi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə polis əməkdaşları yaxınlaşan zaman sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Qəbələ RPŞ-nin DYPB YPX-nin inspektoru polis serjantı X1 Cəlal Həsənalı oğlunun Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB YPX-nin inspektoru polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saat 01:00 radələrində Qəbələ şəhəri ərazisində xidməti avtomobillə hərəkətdə olan zaman PPXB-nin xitmətdə olan əməkdaşı məlumat verərək Qəbələ rayon Laza kəndi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Hadisə yerinə çatdıqda ağ rəngli VAZ2101 minik markalı ** BF *** dövlət nömrə nışanlı avtomobilin Laza kəndindən üzü Qəbələ şəhəri istiqamətində hərəkətdə olarkən, yolun sərt döngə hissəsində idarə etməni itirərək, yolun solunda yerləşən böyük daş parçalarına dəyərək, hadisə yerində hərəkətsiz vəziyyətdə dayandığını görmüşlər. Həmin vaxt avtomobilin yanında PPXB-nin xidməti avtomobili və 2 nəfər polis serjantı var imiş. Həmin polis əməkdaşları hadisə yerini mühafizə etməklə yanaşı sürücüyə kömək edərək avtomobildən düşürmüşlər. Sürücüyə yaxınlaşdıqdan sonra PPXB-nin əməkdaşları oradan ayrılmışlar. Kazım (digər YPX inspektoru) sürücüyə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sürücü cavab olaraq hava şəraitinin yağışlı olması səbəbindən asfaltın üzərinin sürüşkən olduğunu və avtomobil sürüşdüyü üçün idarəetməni itirdiyini bildirmişdir. Onun ağzından kəskin alkoqol iyi gəlirmiş və sürücü ayaq üstə dayana bilmirmiş. Sürücünün sərxoş olduğu aydın şəkildə müşahidə edilməklə hərəkətləri səlist deyilmiş. Sürücü adının Cəlal olduğunu bildirmişdir. Daha sonra hadisə yerinin fotoşəkillərini çəkərək, hadisə yerində sxem tərtib etmişlər. Avtomobili hadisə yerindən evakuator vasitəsilə “ford servis” adlı mühafizə edilən duracağa göndərmişlər. Daha sonra Cəlalı izahatının alınması üçün rayon polis şöbəsinə dəvət etmişlər. Lakin Cəlal içkili olduğunu və sabah səhər gələ biləcəyini demişdir. Daha sonra Kazım onun sərxoşluğunun yoxlanması ilə əlaqədar polis şöbəsinə təkrar dəvət etdikdə Cəlal razılaşıb xidməti avtomobilə əyləşib onlarla birlikdə polis şöbəsinə getmişdir. Qəbələ rayon polis şöbəsinin inzibati binasının içərisində növbətçi hissəsinin qarşısında sürücü Cəlalın video görüntü ilə alkotester vasitəsi ilə müayinəsi təmin edilmişdir. Həmin zaman növbətçi hissədə məsul növbətçi Tofıq Bağırov və köməkçisi Nurlan Əzizov olmuşdur. Müayinə zamanı onun 0.418 faiz sərxoş olduğu müəyyən olunmuşdur. Buda dərəcəsinə görə orta dərəcəli sərxoşluq sayılır. Daha sonra sürcü sərxoş olduğundan taksi vasitəsi ilə yaşadığı evə yola salınmışdır. Cəlal barəsində inzibati protokol tərtib edilmişdir. Cəlal şöbəyə gətirilərkən və şöbədə heç kim tərəfindən döyülməmişdir, ona qarşı zor tətbiq olunmamışdır. Həmçini daha əvvəl – YPX İnzibati Qrup Baş Yol Patrul Xidməti İnspektoru polis kapitanı X5 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikasının 329.1-ci vı 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Laza kəndində kafedə olmuş, gecə saat 01:00 radələrində özünə məxsus “011” markalı ** BF *** dövlət qeydiyyat nömrəli avtomobillə kafedən çıxıb evə gedən zaman arxadan YPX avtomobili səs siqnalları vermiş, avtomobili saxlamağını tələb etmişlər, çox həyəcanlanmış, buna görə avtomobili saxlamamışdır. YPX əməkdaşları avtomobili saxlamadığını görüb onu sol tərəfdən sıxışdırmışlar. Nəticədə idarəetməni itirmiş və avtomobil Laza kəndində yol kənarında olan qaya parçasına çırpılmış və avtomobilinə ziyan dəymişdir. Dərhal polis əməkdaşları yanına gəlmiş və Ruslan adlı polis əməkdaşı onu yumruqla vurub bildirmişdir ki: “Polisin qanuni tələblərinə tabe olmursan, həmçinin sərxoşsan.” Heç nə demədən Ruslan ona yumruq vurub YPX avtomobilinə mindirmiş və rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan sonra polis əməkdaşları l-ci mərtəbədə olan otaqda onu döymüş, ayağını əzmişlər. Onlara bildirmişdir ki: “Məni niyə döyürsüz, ayağım əzildi.”, onlar “Ayağın maşını qayaya çırpılan zaman əzilib” deyərək baş və bel nahiyəsinə təpiklə vurmuşlar. Daha sonra YPX əməkdaşları onun videogörüntü ilə sərxoşluğunu yoxlamışlar. Sərxoşluğunun yoxlanması üçün təkidlə həkim tələb etsə də sərxoşluğunu özləri yoxlayıb onun içkili olduğunu bildirmişlər. Daha sonra onu evə buraxmışlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Anar adlı polis əməkdaşı zəng vurub ona bildirmişdir ki: “Hadisədən xəbərim oldu, sənə sərxoşluqla bağlı protokol yazılıb. Sən gəl şikayətini geri götür, cərimənə də biz kömək edib ödəyəcəyik”. Sonda isə o sərxoş olmadığını, sözügedən video o döyüldükdən sonra çəkildiyini bildirmişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin YPX-nin baş inspektoru polis serjantı X7 protokolu tərtib edən şəxs YPX-nin inspektoru polis serjantı X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil elan edilmiş ittiham üzrə Şəxs Həsən oğlu barəsində inzibati xəta üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan 03 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Toğrul Aslanlının qərarının surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/12,84 sayiı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti nəzarət üçün Qəbələ rayon prokurorluğuna göndərilmiş, Şəxs əməlində AR İXM-in 564-cü maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmiş, Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs xx.xx.2023-cü ii tarixdə idarə etdiyi vaz 21011 markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini, sərxoş vəziyyətdə idarə edərək, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə onunması nəticəsində, sərxoş vəziyyətdə bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, AR İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə qəbul edilmiş qərarın surəti Qəbələ RPŞ-nin DYPB-yə verilmişdir. İş materiallarında olan Qəbələ rayon Polis Şöbəsinin DYPB-nin rəisi polis mayoru Bəxtiyar Heydərov tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs adına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında son 1 (bir) il ərzində AR İXM-nin 333.1-ci maddəsi ilə İXP4981348 saylı inzibati protokol qeydiyyata alınmışdır. İş materiallarında olan YPX İnzibati Qrup Baş Yol Patrul Xidməti İnspektoru polis kapitanı X5 xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs Azərbaycan Respublikasının 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İşdə olan DİN-nin Web Portalından görünür ki, həmin cərimə və ona hesablanmış dəbbə pulu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alkotestr nəticələrinə dair qəbzindən görünür ki, alkotestr vasitəsi ilə müayinə zamanı Şəxs Hasənalı oğlunun sərxoşluq vəziyyəti yoxlanılmış, müyinə zamanı 0.418 faiz sərxoş olduğu müəyyən olunmuşdur. İş materiallarında olan video görüntülərindən görünür ki, həmin gün Şəxs öz izahatında içkli olduğunu (alkotestr vasitəsi ilə olçülüb), avtoqəza etdiyini bildirmiş və avtoqəza olan zaman polis əməkdaşlarının orada olmadığı öz əksini tapmışdır. İşdə olan 29 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qəbələ rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas Nərmin Ağayevanın qərarın surətindən görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini Şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və sair barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Qəbələ RPŞ-nin DYPB-nin YPXİ-nın polis serjantı X3 tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görənəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-484/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-484/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver