Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-485/2021 05.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1990-ci il aprelin 15-də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ü.S.Həmidlinin tərtib etdiyi 05 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 05.10.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X10 ilə cavabdeh Şəxs arasında Qəbələ Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2016-ci il noyabrın 07-də qeydə alınmış 80 nömrəli nikahın pozulması, 20.05.2017-ci il təvəllüdlü X8 iddiaçı - anası X7 yanında saxlanılması, cavabdeh Şəxs 30 iyun 2020-ci il tarixdən başlayaraq, 20.05.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində aliment tutulub X9 verilməsi qət edilmişdir. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin 2(025)- 894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıya məxsus cehiz və qızıl-zinət əşyalarının alınıb verilməsi, qızıl-zinət əşyaları olmadıqda isə onların dəyərinin alınıb verilməsi nəzərdə tutulmuşdur. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədlərinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədləri üzrə tələblər tam təmin edilməmiş və bunun səbəbləri barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədləri üzrə tələbləri icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən 07.08.2020-ci il tarixdə və Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə isə 20.11.2020-ci il tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya göndərilmişdir. Lakin borclu icra sənədlərinin icrasını tam təmin etməyərək Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli icra sənədi üzrə 1400 manat aliment borcu, Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə isə 1022 manat borcu vardır. Lakin borclu aliment borcunu və cehiz əmlak tələbindən yaranmış borcunu tam ödəməmişdir. Həmçinin “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən “borclunun axtarılması haqqında” qərar qəbul olunmuşdur. Nəticədə Şəxs bu gün axtarışla Qəbələ rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda isə Şəxs 1400 manat məbləğində yığılmış aliment borcu vardır. Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə isə 1022 manat borcu vardır. Şəxs aliment borcunu ödəməyə imkanı olmadığını bildirsə də, Zərərçəkmiş şəxs alimet borcunun ödənilməsini tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə razılaşmışdır ki, uşaqla görüşdən imtina edəcək və əzində isə Güney isə onun cehiz əmlakı ilə bağlı tələbini geri götürəcəkdir. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs verdiyi vədə əməl etməmişdir. Hazırda isə Şuşa şəhərində işləyir və hazırda 100 manat aliment ödəməyə imkanı çatır. Gələcəkdə isə ilk növbədə hissə-hissə cehiz əmlakı ilə bağlı yaranmış borc tələbini, daha sonra isə aliment borcunu ödəyə bilər. Bütün borcunu ödəməyə maddi imkanı çatmır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 Toğrul Raqif oğlunun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Toğrulla uşağı görməməsi müqabilində cehiz əmlakdan imtina etməsi ilə bağlı razılaşmamışdır və Toğrulun dedikləri həqiqəti əks etdirmir. Özü isə işləyir və çətinliklə uşağına baxır. Ona görə aliment və əmlak tələbi ilə bağlı yaranmış bütün borcunun ödənilməsini tələb edir. Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş edir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X10 ilə cavabdeh Şəxs arasında Qəbələ Regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 2016-ci il noyabrın 07-də qeydə alınmış 80 nömrəli nikahın pozulması, 20.05.2017-ci il təvəllüdlü X8 iddiaçı - anası X7 yanında saxlanılması, cavabdeh Şəxs 30 iyun 2020-ci il tarixdən başlayaraq, 20.05.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat məbləğində aliment tutulub X9 verilməsi qət edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs iddiaçıya məxsus ağ don, cins şortik, cins yarımka pencək, cins iri pencək (oğlan üçün), kəmər – 3 ədəd, uşaq kostyumu, qırmızı kurtka, balaca çamadan, yaşıl don, qara boş şalvar, tünd göy klassik şalvar, kletkalı köynək, göy köynək, çəhrayı krasofka, ağ teniska, boz rəngli nazik köynək, çəhrayı yay koftası, ağlı-qaralı jaket, yaşıl şalvar, sarı idman şalvarı, çəhrayı xələt, qırmızı idman köynəyi, evdə geyinilən cins şalvar, nazik çəhrayı jaket, çəhrayı kapşonka, narıncı teniska – 2 ədəd, qara nazik yay köynəyi – 2 ədəd, pünyar – 2 dəst, qara gecə şalvarı, bənövşəyi teniska, mavi yay donu, qalın köynək, qara lassin, qara qalın toxunma don, göy oğlan cinsi, kletkalı qırmızı kapşonka, qırmızı kletkalı köynək, kəmər-5 ədəd, qara sviter, çəhrayı iri şərf, sarı şərf, yaşıl şərf, çəhrayı qollu şərf, çəhrayı baş lenti, ütü feni, buran fen, qara tül vodalaska, quş-gül şəkilli teniska, boz rəngli oğlan teniskası, kisə, ağ kapşonlu teniska, qara dikdaban ayaqqabı, qara babet, göy şəpitkə, çəhrayı şəpitkə, pasanuşka, domaşnik, həyət şəpiti, qaloş, bir sumka uşaq ayaqqabısı, böyük maral, böyük ayı, ağ it, çəhrayı ana-bala ayı, ağ ayı, ağ zərli ayı, balaca pələng – 2 ədəd, tutuquşu, quzu, balaca it, böyük dovşan- 2 ədəd, balaca dovşan, sarı ayı, balaca boz ayı, böyük toxunma gül dibçəyi, balaca toxunma gül dibçəyi, it (meldən), qartal (meldən), buket – 1 ədəd, fil saat suveniri, top – 2 ədəd, toz soran, ətçəkən maşın, şüşə qazan, ütü, mikser, tefal, tək yorğan – 3 ədəd, tək döşək – 3 ədəd, taxt yorğanı – 1 ədəd, taxt döşəyi – 1 ədəd, nimdər – 7 ədəd, tük balış – 6 ədəd, uzun taxt balışı – 2 ədəd, balaca sindofon balış – 2 ədəd, 70 kq yun, yorğan döşək balış mitili-üzü, tək ədyal – 2 ədəd, taxt ədyalı, pakraval dəsti, bəzəkli nimdər – 6 ədəd, çxolprastina taxt dəsti-4 dəst, çxol-prastina tək yataq üçün dəst – 3 dəst, dəsmal dəsti, əl-üz dəsmalı dəsti, bəzəkli balış üzü – 6 ədəd, uzun balış üzü – 2 ədəd, hamam dəsmalı - 3 ədəd, əl-üz dəsmalı-5 ədəd, tül süfrə dəsti, ağ parça süfrə, ağ klyonka süfrə - 2 metr, ağ setka süfrə, ağ atlas süfrə, bəzəkli klonka süfrə - 2 metr, sarı süfrə silən – 3 ədəd, döşlük – 3 ədəd, tutacaq – 4 ədəd, çay dəsmalı – 15 ədəd, taxt, şkaf -2 ədəd, termo, 3 gözlü şkaf, şfaner, stol, stullar - 6 ədəd, tək çarpayı, jurnal stolu, qazan dəsti, aliminium qazan, tefal tava, iri dəmir tava, balaca dəmir qazan, tava – 3 ədəd, aş süzən, göy iri plasmas qab, balaca plasmas qab – 2 ədəd, bıçaq dəsti, qaşıq çamadanı, çömçə dəsti, qaşıq bıçaq çəngəl dəsti, pərdə - 10 metr, karnizlər – 10 metr, şfoner üçün dəmir turba, xalça, tək gül – 5 ədəd, pərdə üçün bir qutu şpilka, sap qutusu, pol vedrəsi, süpürgə xəkəndazı ilə, zibil qabı, iri vanna- 2 ədəd, dəmir xəkəndaz, ət doğrayan kötük, 3 mərtəbəli tərəvəz səbəti, dəmir kömür peçi, 10 veşilka, 4 uşaq veşilkası, 12 şpilka, dördayaq, oxlov, kalyaska, uşaq stolu, uşaq çarpayısı, velosibet, uşaq karaşoku, serviz dəsti, iri çaydan, çaynik – 3 ədəd, şüşə çaynik, qara çaynik, ayna çaşka dəsti, ayna bəzəkli çaşka dəsti, qırağı dilikli tort qabı – 2 ədəd, yumru tort qabı – 2 ədəd, böyük üçbucaq tort qabı – 6 balası 6 kasası, iri şüşə külqabı – 2 ədəd, nəlbəki – 12 ədəd, razetka – 12 ədəd, xurustal güldan, balaca qrafin – 2 ədəd, meyvə figurlu limon götürən – 2 ədəd, iri çörək qabı, balaca zibil qabı, dəmir tyorka, plasmas tyorka, çörək qoyan 2 ədəd, dəmir potnos – 2 ədəd, iri plasmas potnos, plasmas meyvə qabı – 6 ədəd, dəmir biskivit tavası, süd süzən, peçenye kəsən fiqur – 6 ədəd, çörək taxtası, düşbərə kəsən, qara yumru daş, qab-qacaq yığan dəmir qab, qab maçalkası - 4 ədəd, plasmas duz qabı (salfetka da qoyulan), 2 gözlü duz qabı – 2 ədəd, yağ fırçası, iri haftafa, xurustal iri meyvə qabı, dördbucaq yeməkqoyan dəst – 3 ədəd, plasmas qapaqlı qab, şirli qab (qapaqsız), 12 boşqab, 12 düz boşqab, 12 düz orta boşqab, 12 düz balaca boşqab, iri kasa – 6 ədəd, balaca kasa – 12 ədəd, göy iri meyvə qabı -2 ədəd, iri qırağı dilikli meyvə qabı – 2 ədəd, üç mərtəbəli dördbucaq şirniyyat qabı – 2 dəst, xurustal sürahi dəsti, sadə boşqab – 12 ədəd, sadə kompot stəkanı – 6 ədəd, dövrə servizi, meyvəli kompot dəsti, yaşıl rumka – 6 ədəd, yaşıl qənddan dəsti – 6 ədəd, kəbab qoyan qab – 2 ədəd, sous tökən şüşə qab, şokolad qabı, bakal dəsti - 6 böyük 6 balaca, uzun qənddan – 2 ədəd, orta uzunluqda olan qənddan – 6 ədəd, iri qənddan – 6 ədəd, qorğa qənddanı – 6 ədəd, qənddan – 12 ədəd, tək şəkilli fincan, bəzəkli nar qənddan – 2 ədəd, lotka qulplu qapaqlı qənddan – 2 ədəd, qapaqlı əldə işlədilən qənddan – 2 ədəd, altı potnoslu şüşə ləbləbi qabı – 4 ədəd, xurustal kompot qabı – 6 ədəd, qozçəkən, ləpə qoyan şüşə qab – 2 ədəd, çay dəsti (saxsı), qara bakal- 6 ədəd, sarı bəzəkli bakal – 6 ədəd, iri göy vedrə, dəmir vedrə, ağ baçok, balaca emusiya vedrəsi, əldə işlədilən qab-qacaq, ləmpə, uşaq paltarları (bir çamadan və 3 iri ağ klok), oyuncaq silahlar – 3 ədəd, uşaq krasofkası, nağıl kitabı, uşağın ədyalı, böyük künc güldanı, elektrik samovar, elektrik tefal, gecə işığı, böyük divar saatı, suvenir saat və qiyməti 1200 manat dəyərində olan qızıl komplekt (sep, üzük, sırğa, bilərzik), özü olmadıqda onun dəyəri alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 07.08.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-738/2020 nömrəli, 04 avqust 2020-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 20.11.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-894/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - “Elektron icra” informasiya sistemindən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, 07.08.2020-ci il tarixli və 20.11.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarların surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədləri üzrə tələbi yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında maddi imkanı zəif olduğuna görə borcularını ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda maddi imkanının olmaması barədə Şəxs dəlilləri əsaslı deyil və qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun hal-hazırda maddi imkanının olmaması barədə dəlili uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Göstərilən xüsusatlar Şəxs maddi durumunun ağır olmasına yox, aliment öhdəliyinə səhlənkar yanaşmasına və alimenti ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Halbuki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 05.10.2021-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 oktyabr 2021-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-485/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-485/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver