Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-487/2021 07.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1956-cı ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuş, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə, saat 19:01 radələrində Qəbələ rayonu, Kürd kəndində ictimai yerdə X1 təhqir etmiş və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi X10 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 23 sentyabr 2021-ci il tarixdə, saat 19:01 radələrində Qəbələ rayonu, Kürd kəndində ictimai yerdə X3 ünvanına təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, X7 onun həmkəndlisidir, onunla heç bir vaxt mübahisəsi olmayıb və həmin şəxs kənddə digər vətəndaşlar tərəfindən müsbət xarakteriza olunmur. Təbriz Aliyarovun qardaşı Aliyar Eyyubov ilə dəfələrlə torpaq mübahisələri olmuş və ondan aidiyyəti orqanlara şikayətlər etmişdir. 23.09.2021-ci il tarixdə o, X5 görməmiş və ona qarşı heç bir nalayıq ifadələr işlətməmişdir. X3 ona qarşı irəli sürdüyü iddialar tam əsasızdır. X6 qarşı hər hansı bir xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə həmkəndlidirlər. Namik dəfələrlə onun qarşısını kəsərək hədə-qorxu gələrək ona demişdir ki, “mənim qardaşım Alıyev Eyyubdan niyə şikayət etmisən, sən bilirsənmi ki, Eyyubun çoxlu pulu var, hər yerdə tanışları var səni öldürəcəm Eyyub məni qurtaracaq”, həmdə ona rüşvət təklif etmişdir. 23.09.2021-ci il tarixdə saat 5:00-6:00 radələrində onu ölü-diri, var-yox, bacı söyüşü söyüb. Namik istəyirdi ki, o, da onu söysün və yaxud dalaşsın ki, onu və onun arxasında duranları tutdursunlar. Bundan əlavə 22.09.2021-ci il tarixdə o, eşitməyib, lakin Eldəniz Verdiyev və Tahir Tarverdiyev eşidib ki, onun var-yoxunu söyüb. 23 sentyabr 2021-ci il tarixdə Şəxs onu söyəndə onun yanında Eldəniz, Tahir və Sərdar olublar. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, 23.09.2021-ci il tarixdə yaşadığı kəndin mərkəzində mağazadan çörək alıb evə gedərkən yolda Təbrizin və Namikin kənd mərkəzinə doğru gəldiyini görmüşdür. Bu zaman Namik Təbrizin yanından keçərkən ona qarşı nalayıq söyüşlər ifadə edib, elə həmin dəqiqə çıxıb getmişdir. Bundan sonra, Təbriz “102” xidmətinə zəng etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, 23.09.2021-ci il tarixdə Qəbələ rayonu, Kürd kəndində həmdəndlisi Sərda Qoçiyevlə bir yerdə kənd mərkəzində durub söhbət etmişdirlər. Bu zaman həmin kənddə yaşayan Təbriz və Namik adlı şəxslər yolu keçən zaman Namik Təbrizi söyüb və dərhal həmin yerdən uzaqlaşmışdır. Bundan sonra Təbriz “102” xidmətə zəng vurub Namik barədə şikayət etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak etdiyi şəxslərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, Alıyev X11 rayonu, Kürd kəndində yolda Zərərçəkmiş şəxs ilə rastlaşan zaman sonuncunu söymüş, bundan sonra aralaranda heç bir mübahisə yaranmadan, Şəxs həmin yerdən uzaqlaşıb çıxıb getmişdir. Lakin, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə şahidlərin izahatları ilə Şəxs ictimai qaydanı pozan hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan xırda xuliqanlıq inzibati xətanın dispozisiyasının əlamətlərini tam müəyyən etməmiş, bu hərəkətlərinin nədən ibarət olmasını hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, xırda xuliqanlıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif edilir. Qeyd edilən maddənin məzmununda göstərilmişdir ki, xırda xuliqanlıq - ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Başqa sözlə, əməlin xırda xuliqanlıq kimi tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində göstərilən tələblərdən hər hansı birinin olmaması və ya onun mövcudluğunun şübhə altında olması hərəkətin bu maddə ilə tövsif edilməsinə yol vermir. İnzibati orqan isə həmin maddənin dispozisiyasında göstərilən halların həcminə qiymət verməli olmasına baxmayaraq, bunları müəyyən etmədən baş vermiş hərəkətlərin onun təqsirli bilindiyi xətanın əlamətlərinə uyğun olub-olmamasını araşdırmadan, onları nəzərdən keçirmədən, nəticədə isə onlara hüquqi qiymət vermədən, sadəcə inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törətməsi faktı öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-487/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-487/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver