Məhkəmə qərarları › İş №3(025)-488/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-488/2022

28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-488/2022 28.11.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 20iyun 1962-ci ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan 1 ədəd tək lüləli, 1959-cu il istehsalı, 16 kalibirli, 85684 bala qundaq nömrəli mülki ov silahını və 01 ədəd 16 kalibirli dolu patronu qanunsuz olaraq saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 göstərdi ki, 16 avqust 2022-ci il tarixdə saat 22:06 radələrində Qəbələ rayonu Vəndam qəsəbə sakini X9 Azərbaycan Respublikası DİN-in “102” qaynar xəttinə müraciət edərək əmisi Şəxs tüfənglə üzərinə hücum etməsi barədə məlumat vermişdir. Eyni zamanda 16 avqust 2022-ci il tarixdə X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə əmisi Şəxs onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Bununla bağlı müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayətin işinin başlanması rədd edilərək, onun barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, X2 onun qardaşı oğludur və münasibətləri yox səviyyəsindədir. 16 aavqust 2022-ci il tarixdə axşamüstü radələrində Məhəmmədəli Əzənmədovun qardaşı onun yaşadığı ünvana gələrək ona atasından miras qalan ov tüfənginin barəsində polisə məlumat verəcəyini demişdir. Bu səbəbdən atasından miras qalan ov tüfənginin müsadirə olunmasını istəmədiyinə görə tüfəngi həyətindəki fındıq ağaclarından birinin kök hissəsində gizlətmişdir və polis əməkdaşlarının gəlmələrindən sora həmin ov silahını polis əməkdaşlarına könüllü təhvil vermişdir. Məhəmmədəli Əzənmədovu tüfənglə və sair formada hədələməmişdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını və barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 14 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi, həmçinin, X10, X3 ilə Şəxs münaqişəli ailə kimi profilaktiki qeydiyyata götürülməsi məqsədi ilə qərarın surətinin Qəbələ RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli “Toplanmış materialın istintaq aidiyyəti üzrə verilməsi barədə” qərarın surətindən görünür ki, Qəbələ rayon Bum qəsəbə sakini Şəxs təhvil alınmış 01 ədəd 1959-cu il istehsalı, 16 kalibirli, B 85684 nömrəli, təhlükəli ov silahının və 01 ədəd 16 kalibirli dolu patronun müvəqqəti olaraq saxlanılması üçün şöbənin NH-yə verilməsinin nəzərə alınması göstərilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd tək lüləli, 1959-cu il istehsalı, 16 kalibirli, 85684 bala qundaq nömrəli mülki ov silahı və 01 ədəd 16 kalibirli patron müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd tək lüləli, 1959-cu il istehsalı, 16 kalibirli, 85684 bala qundaq nömrəli mülki ov silahı və 01 ədəd 16 kalibirli patron müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar