Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-49/2022 31.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyevin 19 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən həmin şikayəti vermək üçün müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsinə dair vəsatətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyevin 19 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətlə məhkəməyə müraciət edib bu qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini, habelə şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, inzibati qayda da barəsində cərimə növündə tənbeh tətbiq edildiyini Qəbələ rayonu ərazisində maşını ilə hərəkətdə olan zaman yol polisi tərəfindən şəhər ərazisində saxlanılaraq məlumat almışdır. Dərhal da AR Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək müraciətində qərardan şikayətçi olduğunu bidirmişdir. Qəbələ rayon DYPİ-ni də bu barədə məlumatlandırmışdır. Lakin ona cərimənin silinəcəyi barədə bildirməklə onu sakitləşdirmişlər. Bununla da qərardan savadsızlığından istifadə etmklə şikayət və ərizə ilə müraciət edərək qərarın əsassız olduğunu bildirməklə ləğv olunmasmı xahiş etmişdir. Lakin ona poçt vasitəsilə göndərilmiş 07.12.2021-ci il tarixli məktubda şikayət müddətini ötürməklə müraciət etdiyini əsaslandırmaqla heç bir araşdırma aparılmadan müraciətinə baxmamışlar. Hüquqi savadı olmadığı üçün və DİN yol polisi idarələri və eləcə də DİN BDYPİ-nə yazdığı şikayətə cavab məktubunu gec aldığına, həmin vaxtrın yeni il bayramı günlərinə düşdüyündən qərardan şikayət müddətini üzüriü səbəbdən ötürmüşdür. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizədə göstərilən hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin sözügedən qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, şikayətçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 19 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından və onun nəticəsindən artıq həmin ilin noyabr-dekabr aylarında xəbərdar olmuş, lakin bu qərardan məhkəməyə yalnız 26.01.2022-ci il tarixdə poçt vasitəsilə şikayət verilmişdir. Bu hal özü də hazırkı şikayətin verilməsinə dair ötürülmüş müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Belə ki, bu halda müddətin ötürülməsi şikayətçindən asılı olan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 19 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-49/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-49/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver