Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-49/2025 12.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ şəhəri, H.Əliyev prospekti bina 131, mənzil 19-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində o, Qəbələ RPŞ-nin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ şəhəri, Zərifə Əliyeva parkında narkotik vasitələrdən istifadə edərkən saxlanılmış və üzərinə baxış zamanı onda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, H.Əliyev prospekti nina 131, m 19-da yaşayır və 10 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitəni demək olar ki, həmişə Qəbələ rayonu Bum qəsəbə sakini Elvin Ağamoğlanovdan pulla almış və istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında narkotik vasitə əldə etməkdən ötrü Elvinə zəng edərək danışmış və bu məqsədlə ödəmə terminalından Elvinin ona dediyi kart hesabına 25 manat göndərmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 14 radələrində tanışı X7 ilə birlikdə Qəbələ şəhərində Bum qəsəbəsinə Elvingilin evinin yaxınlığına getmiş və ondan 3 ədəd kağız bükümündə marixuana alıb istifadə etməkdən ötrü oradan Qəbələ şəhərindəki Zərifə parkına gəlmişlər. Parkda qoyulmuş skamiyalardan birində əyləşib bir ədəd kağız bükümdə olan marixuananı siqaret kötüyünə dolduraraq Hünərlə birlikdə çəkdikdən az sonra onlara polis əməkdaşları yaxınlaşmış və hər birindən üzərində narkotik vasitə olub olmadığı soruşulmuşdur. Hünər üzərində həqiqətən narkotik vasitə gəzdirdiyini bildirmiş və gödəkcəsinin iç cibində saxladığı içərisində narkotik vasitə olan 2 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Daha sonra onlar Qəbələ RPŞ-nə gətirilmiş, aşkar edilən narkotik vasitələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkmiş və qablaşdıraraq götürmüşdür. İş üzrə şahid X3 izahatında göstərmişdir ki, o, Qəbələ rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2025-ci il tarixdə şöbəyə Qəbələ şəhər sakinləri, Şəxs və X4 üzərində narkotik maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və məlumatın yoxlanmasından ötrü təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin gün saat 19:00 radələrində o, Qəbələ RPŞ CAB-nın əməliyyat müvəkkilləri polis baş leytenantı X5 ilə birlikdə Qəbələ şəhərindəki Zərifə parkına gedərək müşahidə aparmış və hər iki şəxs saxlanılıb rayon polis şöbəsinə gətirilmişdir. Qəbələ RPŞ-nin inzibati otaqlarından birində üzərinə baxış keçirilərkən X1 olaraq əynindəki gödəkçənin iç cibindən kibrit qutusunda olan 2 ədəd kağız bükümlərdəki qurudulmuş marixuana kütlələrini çıxarıb təqdim etmiş və həmin maddəni Nurlanla birlikdə istifadə etmək üçün Qəbələ rayonu Bum qəsəbə sakini Elvin Ağamoğlanovdan 25 manata aldığını bildirmişdir. X4 üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuana kütlələri götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib olunaraq tədbirdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş üzrə şahid Qəbələ RPŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X5 izahatında X2 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 549/2025 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokoluna əsasən tibbi müayinə nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 202 saylı Rəyə əsasən keçirilmiş ambulator məcburi narkoloji-tibbi yoxlama nəticəsində Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmişdir. O narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, o, İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 fevral 2024-cü il tarixdən, saat 18:40-dan hesablansın. Şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-49/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-49/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver