Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-490/2021 25.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 4-cü tağımından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 01.07.2021-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus “KİA CERATO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 58-ci kilometrliyində avtomobili gözləmədən 2-ci dərəcəli yoldan baş yola çıxmış, hərəkətdə olan “VAZ 21043” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Rauf Tağıyevin 30 iyul 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın polis serjantı X2 tərəfindən 08 oktyabr 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü taqımın polis serjantı X2 izahatında bildirmişdir ki, Şəxs 01.07.2021-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus “KİA CERATO” markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu ərazisindən keçən 58-ci kilometrliyində avtomobili gözləmədən 2-ci dərəcəli yoldan baş yola çıxmış, hərəkətdə olan “VAZ 21043” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 28.06.2021-ci il tarixdə idarə etdiyi Kia Cerato markalı avtomobillə İsmayıllı rayonuna istirahət etməyə gəlmişdir. 01.07.2021-ci il tarixdə İsmayıllı rayonunda yaşayan dostu Sadıq ilə birlikdə kia cerato markalı avtomobilinə əyləşərək Qəbələ rayonu Vəndam qəsəbəsində olan yeddi gözəl istirahət mərkəzinə getmişlər. Saat 19:45 radələrində Yeddi gözəl istirahət mərkəzindən çıxıb İsmayıllıya yola düşdülər, həmən vaxt hava işıqlı idi. Avtomobili o, özü idarə edirdi Sadıq isə avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 58-ci kilometirliyində baş yola çatıb dayandı. Baş yola çıxmaq üçün sağa sola baxdı ki, avtomobil olmasın və o, hərəkətini davam etdirərək sola manevir edib üzü İsmayıllı istiqamətinə yoluna davam etdi. Baş yolda sağa sola baxdı və avtomobil olmadığı üçün idarə etdiyi Kia Cerato markalı avtomobili hərəkətə gətirərək saatda 20-30 kilometir sürətlə baş yola çıxıb sola manevir edib üzü İsmayıllı istiqamətinə hərəkətdə başladı. Təxminən 15 metr məsafədən İsmayıllı istiqamətindən Qəbələ istiqamətinə hərəkətdə olan Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini gördü. Həmin avtomobil sürətlə gəlirdi. O, idarə etdiyi Kia Cerato markalı avtomobillə sola manevir edib qırıq-qırıq xətti keçmək istəyərkən qarşı hərəkət zolağında Vaz 2104 markalı avtomobillə toqquşdu. Toqquşmadan sonra, o, və Sadıq avtomobildən yerə düşdülər. Vaz 2104 markalı avtomobildə dörd nəfər var idi, onlar müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Sonra TTYS-na zəng vurdular və TTYS-nın avtomobili gələrək xəsarət alan dörd nəfəri Qəbələ rayon DM-nə apardılar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 01.07.2021-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi Vaz 2104 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir yerdə usta işlədiyi yoldaşları Xəzər və Nemətlə birlikdə iş yerindən çıxıb evə gedirdilər. Avtomobili o, özü idarə edirdi. Xəzər avtomobildə qabaq sağ oturacaqda, Nemət isə arxa orta oturacaqda əyləşmişdi. Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 58-ci kilometirliyində üzü Qəbələ istiqamətinə saatda 50-60 kilometir sürətlə hərəkətdə olarkən ani anda yeddi gözəl deyilən istirahət mərkəzindən köməkçi yolla üzü baş yola tərəf hərəkətdə olan kia cerato markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən 15-20 metir məsafədən dayanmadan baş yola çıxdığını gördü. O, tez əyləcə basaraq sükanı sola burdu ki həmin Kia cerato markalı avtomobillə toqquşmasın. Lakin avtomobil sürüşərək onun hərəkət zolağında, hərəkət zolağını ayıran qırıq-qırıq xəttin yanında toqquşdu. Toqquşmadan sonra o, özündə idi, lakin avtomobildən onu yerə düşürtdülər. Nemətlə Xəzər isə özləri düşdü. Xəzər və o, özlərini narahat hiss edirdi. Xəzər avtomobildən yerə düşəndən sonra özündən getdi. Sonra orada olan insanların köməyi ilə Xəzəri ayıltdılar. Bədənlərində ağrılar var idi. Ona görə də TTYS-na zəng vurdular. TTYS-nın avtomobili gələrək hamını müayinə olunmaq üçün Qəbələ rayon DM-nə apardı, xəstəxasnaya apardı. Hadisədən əvvəl idarə etrdiyi Vaz 2104 markalı avtomobildə heç bir nasazlıq yox idi. Həmçinin Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş aparılan Şəxs ilə hal-hazırda barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPXA 4-cü tağımın polis serjantı X2 tərəfindən tərtib edilən 08 oktyabr 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-490/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-490/2021
25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver