Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-491/2021 27.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXBİ-nin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Qəbələ şəhərində anadan olmuş, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.10.2021-ci il tarixdə saat 19:30 radələrində 28 may küçəsində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinn DYPB-nin YPXBİ-nin inspektoru X1 Becan Şakir oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs DYPB-nin YPXBİ inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs 05.10.2021-ci il tarixdə saat 19:30 radələrində özünə məxsus bir baş iri buynuzlu inəyi asvalt örtüklü yola nəzarətsiz buraxmış, nəticədə heyvan həmin yolda hərəkətdə olan “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 05.10.2021-ci il tarixdə saat 19:30 radələrində ona məxsus bir baş iri buynuzlu inək örüşdən qayıdarkən 28 May küçəsini yəni asvalt örtüklü yolu keçib, nəticədə “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil onun inəyini vurmuşdur. Həmin vaxtı inək yola nəzarətsiz buraxılmamış, onu örüşdən on iki yaşlı bacısı qaytarmış, nəzarət etmişdir. O, və atası işdə olduqlarından heyvana hər dəfə bacısı nəzarət edir. Bacısı heyvanı çıxardıb bağın qapısını bağlayan zaman inək asvalt yolu keçmiş, “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin surəti çox yüksək olduğundan inəyi vurmuş və həmin ərazidən qaçmışdır. Ailəsi ilə həmin inəyin südünü sataraq dolanır. Zərərçəkmiş şəxs hərəkəti nəticəsində ona maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 05.10.2021ci il tarixdə saat 19:05 radələrində idarə etdiyi “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, 28 May küçəsində yerləşən F.H.N xüsusi təyinatlı hərbi hissəsinə gedən zaman surəti təxminən 50-60 km.saat olardı. Hava şəraiti yağışlı və dumanlı idi. Avtomobilinə yolun sağ hissəsindən qaçaraq bir baş iribuynuzlu qara rəngli inək çırpıldı. Hadisə yerində təxminən 10-15 dəqiqə dayanmış, inəyin sahibinin gəlmədiyini görüb, hərbi hissəyə getmək üçün yoluna davam etmişdir. 10 dəqiqədən sonra hadisə yerinə qayıtmış, 5 dəqiqə həmin yerdə daynmışdır ki, bəlkə inəyin sahibi gələr, lakin, heç kimin gəlmədiyini və inəyin hadisə yerində olmadığını görmüşdir. İnək zərbədən sonra qaçıb getmişdir. Hadisə zamanı heç kim bədən xəsarəti almamış, avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, Şəxs onun oğludur. 05.10.2021-ci il tarixdə saat 19:30 radələrində oğluna məxsus bir baş iri buynuzlu inəyi qızı örüşdən qaytararkən 28 May küçəsini, yəni asvalt örtüklü yolu keçmiş, nəticədə “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil inəyini vurmuşdur. Həmin vaxtı inək yola nəzarətsiz buraxılmayıb, onu örüşdən qızı qaytarmışdır. O, və oğlu işdə olduqlarından heyvana qızı nəzarət edir. Hadisə baş verən tarixdə heyvan nəzarət altında olmuşdur. Qızı heyvanı çıxardıb bağın qapısını bağlayan zaman inək asvalt yolu keçmiş, bu an “VAZ-2109” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin surəti çox yüksək olduğundan inəyi vurmuş və həmin ərazidən çıxıb getmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXBİ inspektoru X3 tərəfindən tərtib edilmiş 06 oktyabr 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli tərəflərin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-491/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-491/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver