Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-491/2025 29.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X4 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, E.Kərimov küçəsi ev 6-da qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2197246) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri ərazisində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, Elçin Kərimov küçəsində yaşayır və hal-hazırda işsizdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Qəbələ şəhəri ərazisində kafedə oturaraq pivə və araq içmişdir. Kafedən gec saatlarda çıxmş və ürəyi sıxıldığı üçün rayonun mərkəzində təkcə gəzmişdir. Bir az gəzdikdən sonra rayonun mərkəzində yerləşən “Bakcell” mağazasının qarşısında yuxusu gəldiyi üçün yatmışdır. Səhər yuxudan ayıldıqda içkinin təsirindən hərəkətlərini idarə edə bilməmişdir. Özünə əsəbləşərək uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onun səsinə polis əməkdaşları gəlmiş, onlar onu sakitləşdirmək istəmiş, lakin o içkinin təsirində olduğu üçün onlara məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Bu səbəbdən polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. İş üzrə şahid X1 göstərmişdir ki, o, Qəbələ RPŞ-nin PPXB-nin manqa komandiri vazifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərinin, Heydər Əliyev prospektində adı onlara sonradan məlum olan Qəbələ şəhər sakini Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyini görmüş, ona yaxınlaşaraq özünü təqdim edərək, nizam intizama dəvət ütsə də, o buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Onun hərəkətlərində spirtli içkinin təsiri altında olmasını müşahidə etmişdir. O hərəkətlərinə davam etdiyi üçün onu Qəbələ RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027679 nömrəli İnzibati qaydada tutma haqqında protokolun surətinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00-da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 317 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs sərxoşluq (1,0 pr.m) aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 sentyabr 2025-ci il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-491/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-491/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver