Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-492/2023 13.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, X2 Qəbələ Rayon Dövlət X6 Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ******* saylı protokoldan və onun əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X1 Rayon Dövlət X6 Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ******* saylı protokoldan və onun əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarından Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini araşdırıraq hesab edir ki, X2 şikayəti geri qaytarılmalıdır. İş materiallarında olan şikayətə onun “qoşma” hissəsində qeyd edilən və iş üzrə əhəmiyyət kəsb edən sənədlər, o cümlədən inzibati xəta haqqında ******* saylı protokolun və 28 avqust 2023cü il tarixli qərarın surəti əlavə edilməmişdir. Göstərilənlərlə bağlı məhkəmənin dəftərxana işçiləri tərəfindən müvafiq akt da tərtib olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət ərizəsindən göründüyü kimi X3 barəsində protokol və onun əsasında qərar tərtib edilsə də, bu barədə nə protokol, nədəki qərarın özü və ya qərar qəbul edilməsini təsdiq edən hər hansı bir sənəd şikayət ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X2 Qəbələ Rayon Dövlət X6 Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ******* saylı protokoldan və onun əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 Qəbələ Rayon Dövlət X6 Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ******* saylı protokoldan və onun əsasında qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-492/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-492/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver