Məhkəmə qərarları › İş №3(025)-492/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-492/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-492/2024 12.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1986-ci il oktyabrın 16-da Qəbələ rayonu Tola kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Tövlə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 12 sentyabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə Ədilov X7 rayon Polis şöbəsinin inzibati binasının qarşısında ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 12 sentyabr 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ədilov X7 rayon Polis şöbəsinin inzibati binasının qarşısında ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsinin inzibati binasının qarşısında ünvanlı-ünvansız olmaqla uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Şəxs polis şöbəsində izahat verməkdən imtina etmiş və bununla bağlı akt tərtib etmişlər. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onu kənddə olan fındıq oğurluğu ilə bağlı polis şöbəsinə 2 dəfə izahat almağa çağırmışlar və 2 dəfə izahat vermişdir. Daha sonra onu izahat vermək üçün yenə çağırmışlar. Özü maşın ustası işləyir və telefona zəng çatmadığından onu işlədiyi yerdən şöbəyə gətirmişlər. Fındığı oğurlanan şəxslərlə münasibətləri yaxşıdır və ondan hər hansı şübhələri yoxdur. Polisin izahatında qeyd etdikləri həqiqəti əks etdirmir. Polis şöbəsində heç bir pozuntuya yol verməmişdir. Heç bir xuliqanlıq əməli törətməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, rəsmi olaraq Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 12 və 13 saylı ərazilərin polis sahə rəisidir. Xidməti ərazisi olan Qəbələ rayon Tola kəndi ərazisində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə vətəndaş Vəfa Paşayevaya məxsus fərdi yaşayış evinin həyətindən fındıq oğurluğu ilə əlaqədar ərazidə vətəndaşlarla profilktiki söhbətlər aparmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Qəbələ rayon Tola kənd sakini adın sonradan bildiyi Şəxs ifadəsinin alınması məqsədilə şöbənin əməkdaşları tərəfindən bir neçə dəfə onunla əlaqə saxlanılmağa çalışsalar da, əlaqə saxlamaq mümkün olmamışdır. Günorta saatlarında o, Hacallı kəndində yerləşən avtomobil təmiri sexinin qarşısında olan zaman görmüş ki, Şəxs orada maşının düzəltdirir. Ona yaxınlaşmış, bildirmiş ki, oğurluqla bağlı ifadəsinin alınması məqəsdilə Qəbələ RPŞ-yə yaxınlaşmalıdır. Çingiz ona məxsus avtomobilə əyləşmişdir. Onunla söhbətlər aparan zaman demiş ki, " bu neçənci dəfədir ki, məni şöbəyə dəvət edirlər, mən sizin üçün oğru deyiləm, gedin oğrunu başqa yerdə axtarın” deyib dodağının altında fındıq oğurlayanı, satanı belə-belə olsun deyib nalayiq ifadələr işlətmişdir. O, Şöbənin qarşısında avtomobili saxlayıb onu nəzarət buraxılış məntəqəsinə aparmaq məqsədilə ona bildirmiş ki, içəri daxil ol və ad soyadını əməkdaşlara təqdim et və mobil telefonu onlara təhvil ver. Bu zaman o, əl-qol hərəkətləri edərək "niyə mən şöbənin inzibati binasına getməliyəm, daha ifadə verməkdən bezmişəm, ad soyadımı da demirəm, özünüz zəhmət çəkib şəxsiyyətimi müəyyən edin” kimi sözlər deyərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. "Fındıq oğurlayanı da, məni şöbəyə dəvət edəni də…" deyib ünvansız nalayq ifadələr işlətməyə başlamışdır. Bu zaman NBM-də olan əməkdaşlar və ona bildirmişlər ki, şöbənin inzibati binasının qarşısı yolun hərəkət hissəsinə yaxın məsafədə yerləşir, yoldan vətəndaşlar keçir, şöbənin qarşısında nalayiq ifadələr işlətmə. Namik Ədilov buna məhəl qoymamış, bu hərəkətləri ilə ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etmişdir. Onu bir neçə dəfə nizam-intizama dəvət etməyə çalışsalar da, əlində olan mobil telefonu NBM-də olan stolun üzərinə möhkəm şəkildə atıb hərəkətlərini davamlı şəkildə davam etdirmişdir. Belə olan halda onu şöbənin Növbətçi Hissəsinə gətirib barəsində qanunamüvafiq tədbir görülməsi üçün təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində Qəbələ Rayon Polis Şöbəsinin nəzarət-buraxılış məntəqəsində PPXB-nın polis nəfəri polis serjantı Təvəkkül Zeynalov ilə xidmətdə olan zaman adı onlara sonradan məlum olan Şəxs Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının çöl qapısının qarşısında uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişlər. Sonradan çölə çıxaraq vətəndaşın yanında sahə rəisi Qafarov Səxavətin olduğunu görmüşlər. Sahə rəisi ilə birgə ona izah etməyə çalışmışlar ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Tola kəndində oğurluq hadisəsi olmuşdur, izahatın alınması zərurəti ilə əlaqədar vətəndaş Şəxs izahat alınması ona izah edilərək, şöbənin inzibati binasında müvafiq əməkdaşın yanında izahat verməsini ona bildirmişlər və "demiş ki, inzibati binanın qarşısında nalayiq ifadələr işlətməyin keçin şöbəyə müvafiq jurnalda qeydiyyatdan keçib izahat verin" deye ona bildirmişlər. Lakin vətəndaş Şəxs ucadan nalayiq ifadələr işlədərək "fındığı oğurlayanın da, mən bura gətirənin də belə-belə olsun" deyə nalayiq ifadələri işlətməyə davam etmişdit. Onu bir neçə dəfə nizam-intizama dəvət etsələr də, öz əməllərini davam etdirərək özünə məxsus telefonu Qəbələ Rayon Polis Şöbəsinin nəzarət-buraxılış məntəqəsinin stoluna bərk çırpdığının şahidi olmuşlar. Şəxs əməllərini davam etdirdiyi üçün sahə rəisi Səxavət Qafarovla birgə onunla bağlı qanuna müvafiq tədbir görülməsi üçün Qəbələ Rayon Polis X3 təhvil vermişlər. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Polis şöbəsinin inzibati binasının qarşısında ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakışəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 sentyabr 2024-cü il saat 16:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar