Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-493/2020 03.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Ayşən Əfqan qızının katibliyi ilə, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:48 radələrində idarə etdiyi “X6” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, saxlanılarkən sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:48 radələrində idarə etdiyi “X6” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu, Vəndam qəsəbəsində hərəkətdə olarkən işıq sistemindən düzgün istifadə etməyərək yol hərəkəti qaydalarını pozmuş, saxlanılarkən sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 23:48 radələrində özünə məxsus “X6” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində hərəkətdə olarkən işıq sistemindən düzgün istifadə etməyərək yol hərəkəti qaydalarını pozmuş, yol polisi tərəfindən saxlanılmışdır. Həmin günü günorta az miqdarda sipirti içki qəbul etmişdir. Saxlanılan zaman sərxoş olmamış, spirtli içki qəbul etsədə, özünü idarə edə bilmişdir. İşdə olan Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Şəxs spirtli içki qəbul edib yüngül dərəcədə sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsi Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-493/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-493/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver