Məhkəmə qərarları › İş №3(025)-494/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-494/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-494/2021 13.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1964-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Kötüklü kəndində qeydiyyatda olan və yaşayan Şəxsnın barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 25 avqust 2021-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ rayonu, Kötüklü kəndində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı C.Əhmədlinin 14 sentyabr 2021-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ RPŞ İTBnin sahə rəisi polis baş leytenantı X3 həmin qərarı rəhbər tutaraq, Şəxsnın barəsində 13 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs 25 avqust 2021-ci il tarixdə aralarında baş verən münaqişə zəminində X4 qarşı zor tətbiq edərək, ona sağalamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 izahatında bildirdi ki, Şəxs 25 avqust 2021-ci il tarixdə aralarında düşən münaqişə zamanı Qəbələ rayonu, Kötüklü kəndində Zərərçəkmiş şəxs döymüşdür. Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı C.Əhmədlinin 14 sentyabr 2021-ci il tarixli haqqında qərarı ilə Cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında isə o Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 13 oktyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs ilə aralarında fındıq bağ sahəsi ilə bağlı mübahisə vardır. 25.08.2021-ci il tarixdə səhər saat 9:00 radələrində özünün bağ sahəsində yoldaşı Rəxşəndə, qızları Gülnar, Turanə oğlu Cavid ilə birlikdə fındıq yığırdılar. Onun bağ sahəsinin qonşuluğunda 0.28 ha qardaşı Sədyara məxsus torpaq sahəsi vardır. Fındıq yığan zaman oğlu Cavidi marketə çörək almağa göndərdi, bir müddət sonra qardaşı Sədyarın tək onun bağ sahəsinə gələrək fındıq yığmağa başladığını gördü. Ona yaxınlaşaraq öz tərəfindən fındıq yığmasını bildirdi. Sədyar bu zaman onun ilə sözlü mübahisə etməyə başlayaraq “buranı mən almışam” demiş, onun fındıq yığdığı vedrəni götürmək istəyən zaman Sədyar fındıq ağacının ortasından ağac parçası götürərək onun başına və belinə vurduş Zərbənin təsirindən yerə yıxıldı. Bu zaman qızları və yoldaşı gələrək onu ayağa qaldıraraq evə apardılar. Sədyar da getdi. Bundan sonra 102 xidmətinə zəng edti, bir müddət sonra oğlu marketdən gəldi, həmin zaman həyətdə başını tutub oturubmuşdu. Oğlu ondan nə olduğunu soruşmuş, ona baş vermiş hadisəni danışmışdır. Mübahisə zamanı nə o, də ki, oğlu Cavid Sədyarı vurmamış, mübahisə zamanı oğlu Cavid orada olmamış, mübahisəni başqa heç kim görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 25.08.2021-ci il tarixdə Bakı şəhərindən Qəbələ rayonuna gəlmişdi. Həmin vaxtdan 25.08.2021-ci tarixə kimi ona məxsus fındıq bağındakı fındığı qardaşı yığıb. 25.08.2021-ci il tarixdə saat xminən 11-ə işləmiş tək özünə məxsus fındıq bağına daxil olmaq istəyən zaman bağda olan qardaşı Xaləddin və oğlu Cavid ona bağdan çıxıb getməsini bildirmişlər. Xaləddinə bağın ona məxsus olduğunu, buna görə də fındıq meyvəsini yığacağını izah edti, lakin nə o nədə ki, oğlu onu başa düşmədilər. Belə olub aralarında sözlü mübahisə yarandı. Xaləddin onun üzərinə gələrək əlindəki lapatka ilə sol əlinin üstündən bir dəfə, oğlu Cavid isə ağac parçası ilə sağ ayağından bir dəfə vuraraq ona xəsarət yetirdilər. Daha sonra Cavid və Xaləddin təpiklə onun ayaq nahiyəsinə, həmçinin Cavid ağac ilə ayaqlarına zərbələr vurdu; onu öldürəcəyi ilə hədələdilər. Həmin zaman orada başqa heç kim olmamış, nə qardaşı Xaləddini, nədə ki, onun oğlu Cavidi vurmamışdır. Sonda isə Zərərçəkmiş şəxs Şəxs ilə barışmadığını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 412 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində sol bazunun bayır aşağı, sağ saidin içəri orta 1/3-nin, bel nahiyəsinin qançırı, sol əlin üst səthinin, həmin əlin İİİ barmağının orta falanqasının üst hissəsinin və sağ xarici qulaq seyvanının ön səthinin sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yəni 25 avqust 2021-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs izahatı və sonuncunun bədəni üzərində sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin aşkar olunması olmuşdur. Zərərçəkmiş şəxs izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin ona məhz Şəxs tərəfindən yetirilməsini də birmənalı söyləmək mümkün deyildir. Bu xəsarətlərin tərəflər arasındakı münaqişə ilə nə qədər əlaqəli olması barədə ekspert qarşısında konkret suallar qoyulmamış və buna uyğun cavablar alınmamışdır. Belə ki, Şəxs X5 döyməsini istər Qəbələ rayon Polis şöbəsində, istərsə də məhkəmə zamanı verdiyi ifadəsində etiraf etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Cavidan Əhmədli tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs X5 döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxsnın İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aoarılan səxsin. zərər cəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində X2 izahatı çıxış etmişdir ki, o, da qərəzlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar