Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-494/2024 25.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X4, qərarı barəsində şikayət verilmiş orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X7 iştirakları ilə X1 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X5 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X5 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 22 avqust 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə o, yəni X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.5-ci maddəsinə əsasən barəsində 500 (beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 22 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokolunu və həmin tarixli MN ******* nömrəli qərarını o, xx.xx.2024-cü il tarixində poçt vasitəsilə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Ona görə də qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Belə ki, həmin qərarın çıxarılmasına əsas kimi Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları xx.xx.2024-cü il tarixində "Sərvan" çay evinə daxil olmuş və bu zaman ümumi zalda 1 nəfərin tütündən istifadə etdiyini görmüşlər. Həmin şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü onunla birlikdə polis şöbəsinə getmişlər, lakin bir müddətdən sonra çay evinə gələrək, tütün məmulatının çəkilməsinin qarşısını almamışdır yazılmaqla onun barəsində protokol tərtib edərək 500 manat məbləğində cərimələnəcəyini qeyd etmişlər. Ona görə də o, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola etiraz edərək imzalamamışdır. Eyni zamanda çay evinə gələn müştərilərin "siqaret çəkmək qadağandır" sözləri yazılmış və işarəsi qoyulmuş hər bir şəxsin görə biləcəyi formada lövhələrin bütün otaqlarda bir neçə yerdə yapışdıraraq təmin etdiyini də polis əməkdaşlarının nəzərəinə çatdırmışdır. Həmçinin, özləri də bunun şahidi olmuşlar. Göstərilənlərə əsasən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri onun tərəfindən deyil, çay evinə gələrək xidmətdən istifadə edən şəxs tərəfindən pozulmasına baxmayaraq inzibati tənbeh vermə haqqında protokol və qərar onun barəsində çıxarılmış və heç bir əsas olmadan cərimə olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan qanunvericiliyin normaları inzibati tənbeh vermə haqqında protokol və qərar tərtib edilərkən də Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kobud səhvlərə yol verilməklə pozulmuşdur. Belə ki, o, faktiki olaraq fərdi sahibkardır və VÖEN ********** olaraq qeydiyyyatdan keçmişdir. Lakin protokol və qərarda fərdi sahibkar kimi vəzifəli şəxs olaraq yazılmamış, onun fiziki şəxs olaraq qeydiyyyatı aparılmışdır. Qeyd olunan Azərbaycan Respublikası İXM-nin 212.5-ci maddəsinin dispozisiyasına görə isə fiziki şəxslər deyil, vəzifəli və hüquqi şəxslər cərimələnə bilər Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 212.5-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, barəsində çıxarılmış Qəbələ Rayon Polis Şöbəsi inzibati tənbeh vermə haqqında 22 avqust 2024-cü il tarixli, ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X9 şikayətin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, həmin gün Qəbələ şəhərində reyd keçirmişlər. Sərvan Cabbarlıya məxsus çay evində siqaret çəkilməsinə görə dəfələrlə başqa-başqa fiziki şəxsləri cərimə etmişlər. X14 siqaret çəkdiyinə görə onun özünü də əvvəllər cərimə etmişlər. Lakin buna baxmayaraq X6 özünə məxsus kafedə tütün məmulatlarının istifadə qaydalarına əməl etməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 22 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində “Sərvan” çay evində tütün məmulatlarının çəkilməsinin qarşısını almamışdır. İş materiallarında olan Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X5 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 22 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində “Sərvan” çay evində tütün məmulatlarının çəkilməsinin qarşısını almamışdır. İş materiallarında olan CD diskə köçürülmüş videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən “Sərvan” çay evində müştəri tərəfindən siqaret çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 212.2-ci maddəsinə əsasən müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 212.5-ci maddəsinə əsasən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.4-cü maddəsinə əsasən restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində tütün çəkilməsi qadağandır. Məhkəmə araşdırması zamanı X6 öz izahatında ona məxsus “Sərvan” çay evində xx.xx.2024-cü il tarixdə müştəri tərəfindən tütün məmulatından, yəni siqaretdən istifadə edildiyini etiraf etmişdir. Lakin buna görə onun yox, tütündən istifadə edən şəxsin barəsində protokol tərtib edilməli olduğunu vurğulamışdır. Həmçinin ona məxsus çay evində “tütün çəkmək qadağandır” yazısının olduğunu, bu səbəbdən İXM-nin 212.5-ci maddəsi ilə məsuliyyət daşımadığını qeyd etmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı bildirir ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə İXM-nin 212.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulmuşdur. Yəni xx.xx.2024-cü il tarixdə “Sərvan” çay evində tütündən (siqaretdən) istifadə edən müştərinin məsuliyyəti İXM-nin 212.1-ci maddəsi ilə müəyyən edilməkdədir. Bundan əlavə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmamasına görə İXM-nin 212.2-ci maddəsi ilə məsuliyyət müəyyən edilmişdir. Sözügedən maddələrdən göründüyü kimi “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması qaydasında əməl edilməsi vəzifəli və ya hüquqi şəxsi İXM-nin 212.5-ci maddəsi ilə məsuliyyətdən azad etmir. Həmçinin İXM-nin 212.5-ci maddəsinin dispoziyasından görünür ki, qanunverici orqan həmin maddə ilə məsuliyyəti yalnız vəzifəli və hüquqi şəxslərə aid etmişdir. Yəni məhz “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınması vəzifəli şəxslərin və hüquqi şəxslərin vəzifəsidir. Hazırkı halda isə X6 vəzifəli şəxs kimi öz üzərinə düşən öhdəliyi, yəni qadağan edilmiş yerdə tütün çəkilməsinin qarşısını almamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxs hesab olunurlar. “Elektron məhkəmə” informasiya sisteminə əsasən müəyyən olunur ki, X6 “çayxanalar tərəfindən xidmətlərin göstərilməsi” fəaliyyət növü ilə məşğul olmaqla ********** VÖEN nömrəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəfizəli şəxsdir. Göründüyü kimi məhkəmə zamanı X4 özünün izahatından da, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən “Sərvan” çay evində müştəri tərəfindən siqaret çəkildiyini etiraf etmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X4 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X5 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Qəbələ RPŞ İTB-nin rəisi, polis polkovniki X5 inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-494/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-494/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver