Məhkəmə qərarları › İş №3(025)-496/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-496/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-496/2020 14.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1966-ci il tarixdə Qəbələ rayonu Kiçik Əmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Qəbələ rayonu Kiçik Əmilli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinin tələbinin pozulması nəticəsində “VAZ 2104” markalı **-DU-*** dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşmuş və nəticədə qarşı tərəfdəki sərnişinlər yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X4 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞnin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 11 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Vaz 2106” markalı, **-BJ- *** dövlət nömrə nişanlı minik avtomobili ilə yaşadığı Qəbələ rayonu Kiçik Əmilli kəndi istiqamətindən Qəbələ şəhəri istiqamətinə doğru gələrək Qəbələ şəhəri Azpetrol yanacaq doldurma məntəqəsinin qarşısındakı dairəyə daxil olub Heydər Əliyev prospekti ilə Qəbələ şəhərinin mərkəzinə gəlirmiş, idarə etdiyi avtomobildə 5 yaşlı nəvəsi Murad Rzayevdə olmuş və o, avtomobilin ön sağ oturacağında əyləşmiş, şəhər mərkəzinə gəlməkdə məqsədi nəvəsi Muradı uşaq xəstəxanasına həkimə gətirmək olmuşdur. Heydər Əliyev prospektində avtomobillərin sıxlığı ilə əlaqədar qərara gəlmiş ki, Elçin Kərimov küçəsi ilə hərəkət edərək şəhər mərkəzinə gəlsin, bu məqsədlə H.Əliyev prospekti ilə Elçin Kərimov küçəsindəki işıqfora çatıb idarə etdiyi avtomobilin sola dönmə işığını yandırmış, işıqforun yaşıl işığı yandığından qırmızı işığın yanmasına 6 saniyə qalmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2104” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomobillə Heydər Əliyev prospekti ilə Qəbələ şəhərinin mərkəzindən Azpetrol yanacaqdoldurma məntəqəsinə doğru hərəkətdə olmuş, 29 yaşlı oğlu Bəşarət Rzayev hərbi vəziyyətlə əlaqədar Səfərbərlik yolu ilə xidmətə çağırılaraq döyüşlərdə iştirak etdiyinə görə fikirli olaraq, eləcə də Zərərçəkmiş şəxs1 uzaq məsafədə olmasını və idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobilə çatana kimi yolu dönməsini düşünərək Elçin Kərimov küçəsinə daxil olmuş, lakin Elçin Kərimov küçəsinə daxil ola bilməyib Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qarşı yoluna çıxaraq idarə etdiyi avtomobilin ön sol tərəfi Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin ön sol hissəsindən doqquşmaqla yol nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində sürücü Zərərçəkmiş şəxs1 və onun idarə etdiyi avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 müxtəlif bədən xəsarətləri aldıqları üçün Qəbələ rayonu X2 müraciət etmişlər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı sığorta tərəfindən ödəmişdir və ondan şikayətləri yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2020-ci il tarixdə sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ 2104” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə saatda təxminən 60-70 km sürətlə Qəbələ şəhərinin mərkəzindən üzü Qəbələ rayonu Mərkəzi bazarına gedirmiş. İdarə etdiyi avtomobildə özündən başqa tanışı Nəbi Maqsudovda olmuşdur. Zərərçəkmiş şəxs2 avtomobilin ön sağ oturacağında əyləşmişdir. İdarə etdiyi avtomobil ilə hərəkətdə olaraq Heydər Əliyev prospekti ilə Elçin Kərimov küçəsinin kəsişməsindəki işıqfora çatmış, işıqforun yaşıl işığı yandığı üçün hərəkətini davam etdirmiş, həmin vaxtı Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobili ilə üzü Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətindən gələrək gözləməli olduğu halda idarə etdiyi avtomobilə yol verməməklə qarşı yoluna çıxıb sol tərəfə Elçin Kərimov küçəsinə dönmək istədikdə nəticədə idarə etdiyi avtomobilin ön sol hissəsi Şəxs idarə etdiyi avtomobilin ön sol hissəsindən doqquşmaqla yol nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı o, eləcədə avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs2 hər ikisi müxtəlif bədən xəsarətləri almışlar. Sonda məhkəməyə ərizə təqdim edərək heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə eyniməzmunlu izahat verərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/1268 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Qəbələ RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Ceyhun Qurbanov xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ-nin rəisi, polis polkovniki cənab Nadir Məmmədova raportla müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:50 radələrində Qəbələ rayon MDM-dən həkim E.İsgəndərov telefonla şöbənin Növbətçi Hissəsinə zəng vuraraq Qəbələ rayonu Tikanlı kənd sakinləri Zərərçəkmiş şəxs1 sifətin küt travması və Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin küt travması, sifətin alının dəri sıyrıntıları xəsarətləri ilə xəstəxanaya müraciət etdiyini, deməsinə görə xəsarəti Qəbələ şəhəri ərazisində yol nəqliyyat hadisəsi zamanı aldıqlarını bildirmişdir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və X9 rayon şöbəsinin 12noyabr 2020-ci il tarixli, № 633 saylı MTEnin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alının, sol qaşın sıyrıqları, sol gözün alt hissəsinin və üzün sol yanaq nahiyyəsinin qançırları kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və X9 rayon şöbəsinin 12noyabr 2020-ci il tarixli, № 625 saylı MTEnin rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində üst çənədə sağdan 4-cü dişin travmatik düşməsi, üzün sağ tərəfində və üst dodağın sağ hissəsindəselikli qişasına qansızma, alının və sol diz oynağının sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aiddir. - sərxoşluq vəziyyətinin 454 nömrəli xx.xx.2020-ci il tarixli tibbi müayinəsi protokoluna əsasən Şəxs həmin gün ayıq olmuşdur. - AC998011 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21061” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. - ƏN-İV 989238 nömrəli etibarnamənin surətindən görünür ki, “VAZ 21061” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs X8 tərəfindən yalnız nəqliyyat vasitəsiniidarə etmək səlahiyyəti etibar edilmişdir. - AE734997 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “Vaz 2106” markalı, **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobillə xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə Elçin Kərimov küçəsindəki işıqforda Heydər Əliyev prospekti ilə Qəbələ şəhərinin mərkəzindən Azpetrol yanacaqdoldurma məntəqəsinə doğru hərəkətdə olmuş “VAZ 2104” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomobillə toqquşması, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti alması özünün etirafedici izahatı, ekspert rəyi və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdırılan halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar