Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-496/2023 18.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 06 sentyabr 2023-cü il tarixli qərarı ilə, HK-1/1252 və HK-1/1258 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs dərəcəsi bilinməyən bədən xəsarəti yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 izahatında bildirmişdir ki, vətəndaş Şəxs tez-tez spirtli içki qəbul edir, spirtli içki qəbul edərkən davranışını və hərəkətlərini bilmir. Son dəfə qardaşı tərəfindən 102 xidmətinə zəng olunaraq Şəxs tərəfindən yoldaşı Zərərçəkmiş şəxs döyülməyini bildirmişdir. Polis əməkdaşları hadisə yerinə gələndə Şəxs sərxoş halda olduğunu görmüşdülər. X5 izahatında bildirmişdir ki, içkili vəziyyətdə gələrək onu və anasını təhqir etmişdir. Tutu Quliyev evi tərk elə deyəndə Şəxs ona hücum edərək əlindən tutmuş və yumruqla sinəsinə bədən xəsarəti yetirmişdir. Araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı arvadıdır. Mütəmadi olaraq spirtli içki aludəçisi olduğu üçün bəzən etdiyi hərəkətlərin fərqində olmur. xx.xx.2023-cü il tarixdə o həddindən artıq dərəcədə spirtli içki qəbul etmişdir və anasıgilə getmişdir. Sərxoş olduğu üçün orada nalayiq ifadələr işlətmişdir. Qardaşı arvadı Tutu Quliyeva onu bildirdi ki, öz evinə getsin və onun qolundan tutaraq həyətdən çıxartmaq istəmişdir. Buna görə, o, hirslənərək Tutunu yumruqla vurmuşdur. Sərxoş olduğundan etdiyi hərəkətlərin fərqində olmamış, əməlindən peşmandır bir daha bu cür hallara yol verməyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxslə barışıq əldə etmiş, bu səbəbdən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qaynıdır. X6 mütəmadi olaraq spirtli içki aludəçisidir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində X6 sərxoş halda onların yaşadıqları ünvana gələrək ona və qaynanasi Ruqiyə Quliyevaya qarşı nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Onu sakitləşdirmək istəmiş və qolundan tutaraq evlərinə göndərməyə çalışmışdır. Bu zaman, o, onun qolundan tutaraq bədəninin müxtəlif yerlərinə yumruqla zərbələr endirmişdir. Həmin vaxt Bakı şəhərində yaşayan əri Elvin Quliyevə zəng edərək bu barədə məlumat vermiş və əri AR DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonda isə Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı şikayət, tələbinin olmadığını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-496/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-496/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver