Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-497/2023 18.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Səxavət Qafarovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 18 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Qafarov Səxavət tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Qəmərvan kənd sakini Şəxs Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Bundan başqa, 18 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən “Oba” marketin qarşısında xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində PPX-i əməkdaşlarına yaxınlaşan zaman ünvansız şəkildə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Polis əməkdaşlarına yaxınlaşan zaman ünvansız şəkildə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ailəlidir 4 övladı var, İİ qrup əlildir. xx.xx.2023-cü il tarixdə Qəmərvan kəndində yerləşən kafelərdən birində spirtli içki qəbul etmişdir. Bundan sonra Qəbələ şəhərində yerləşən Sarvan adlı şəxsin kafesinə gəlmiş və orada pivə içmişdir. Pivə içdikdən sonra spirtli içkinin təsiri altında küçəyə çıxmış və özünə nəzarəti itirərək ictimai yerdə ünvansız şəkildə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Qba marketin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışdılar. Ondan nə üçün ictimai yerdə nalayiq ifadələr işlətdiyini soruşmuşdular. Spirtli içkinin təsiri altında olduğu üçün hərəkətlərini idarə edə bilməyib. Polis əməkdaşları bir neçə dəfə etdiyi hərəkətlərin qanun pozuntusu olmasını, nalayiq ifadələr işlətməyini dayandırıb yaşadığı ünvana getməyini təkidlə ona bildirmişdilər. Lakin onların sözlərinə məhəl qoymamış və uca səslə ünvansız şəkildə nalayiq ifadələr işlətməyə davam etmişdir. Həmin hərəkətlərii davam etdirdiyi üçün Qəbəiə rayon polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdilər. Törətdiyi əməldən peşimandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, Qəbələ RPŞ-nin PPXB-nin manq komandiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Kərimli Nurlan ilə “2 saylı” dislokasiya üzrə Qəbələ şəhəri Heydər Əliyev prospektində avtopatrulla xidmətdə olan zaman adı sonradan onlara məlum olan Qəbələ rayon, Qəmərvan kənd sakini Şəxs “Oba” market istiqamətində ünvansız şəkildə nalayiq ifadələr işlədərək xidməti avtomobilə yaxınlaşmaqını görmüşdülər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib və nə üçün ictimai yerdə nalayiq ifadələr işlətməsini soruşmuşdular. Şəxs cavabında siz kimsiz mənim qarşımı kəsmisiniz, mən polis tanımıram, içmişəm dövlətin qanunlarına hörmət etmirəm kimi ifadələr işlətməyə başlayıb ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Bir neçə dəfə onu nizam-intizama dəvət etmişdilər. Lakin o buna məhəl qoymayaraq ictimai qydanı pozmağa davam etmişdir. Onlar ona yaşadığı ünvana qayıtmasını təkidlə bildirsələrdə təkrar olaraq nalayiq ifadələr işlətməklə xidməti fəaliyyətlərinə mane olmuşdular. Buna görə onlar onu Qəbələ RPŞ-nə gətirərək Növbətçi hissəyə təhvil vermişdilər. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov tərəfindən tərtib edilmiş 09 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, işdə olan xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:30-da inzibati qaydada tuulmuş və xx.xx.2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, 18 sentyabr 2023-cü il tarixdən saat 03:30-dan 18 sentyabr 2023cü il tarixədək saat 10:00-dək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, Şəxs tətbiq edilən cərimənin həddi tənbeh tədbiq edildiyi Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1 və 34-cü maddələri tədbiq edilməklə 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-497/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-497/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver