Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-498/2023 18.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 01:30 radələrində polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Bundan başqa, Şəxs 18 sentyabr 2023-cü il tarixdə Qəbələ şəhərində PPX-i əməkdaşlarına yaxınlaşan zaman ünvansız şəkildə nalayiq ifadələr işlədib ictimai qaydanı pozmuşdur. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(025)-497/2023 və 3(025)- 498/2023 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(025)- 497/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(025)497/2022 və 3(025)-498/2023 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(025)-497/2023 saylı nömrə verilsin. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-498/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-498/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver