Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-498/2025 03.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, AR vətəndaşı, evli, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olan Şəxsnın barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxsnın barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326675) tərtib olunmuşdur ki, o, Zərərçəkmiş şəxs xeyrinə 1308 manat məbləğində pil vəsaiti ödəməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 8880,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xeyrinə 1308 manat məbləğində pil vəsaiti ödəməsi barədə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 saylı icra sənədi üzrə 888,00 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, indiyədək hissə-hissə cəmi 420 manat ödəmiş, lakin çətin maddi vəziyyətdə olması ilə əlaqədar natamam ödənişlər etdiyi üçün 888,0 manat borclu qalmışdır. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2025-ci il tarixdə borcundan 300,0 manat ödəmişdir. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 1308 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e52020/2025-11-5-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ İPŞ-nin xx.xx.2025-ci il tarixli Qərarının surətinə əsasən borclu xx.xx.1982-ci il təvəllüdlü Kəlbəcər rayonu, Başkənd kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 saylı icra sənədi üzrə Şəxs tələbkara ümumilikdə 888 manat ödənilməmiş borcu qalmaqdadır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 saylı icra sənədini xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş, könüllü icra üçün müəyyən edilmiş müddətdə tam şəkildə ödənilməsi təmin edilməmiş və 888 manat borcu yaranmışdır. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən qanunda nəzərdə tutulmuş bütün məcburi icra tədbirləri görülmüş, lakin borclu Şəxs tələb yönələ biləcək nağd pul vəsaiti, qiymətli əmlakı və gəlirləri aşkar edilməmişdir. Şəxs icra sənədi üzrə 300,0 manat ödəmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-1144/2024 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-498/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-498/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver