Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-499/2025 05.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ev 70-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır kı, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə ) o, xx.xx.2025-ci il tarixdə, saat 16-45 radələrində idarə etdiyi “Mersedes Benz” markalı ** VX *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən sürət həddini aşmış və “piyadalar” yol nişanı tələblərini kobud şəkildə pozaraq keçid üzərindən hərəkət edən piyadalrın həyatı üçün təhlükə yaratdığı üçün barəsində edilən şikayətə baxılması ilə əlaqədar polis şöbəsinə dəvət olunarkən etiraz bildirmiş, o cümlədən Qəbələ RPŞ-nin növbətçi hissəsinə yaxınlaşarkən polis əməkdaşlarına qarşı kobud rəftar nümayiş etdirib nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16-45 radələrində idarə etdiyi “Mersedes Benz” markalı ** VX *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən sürət həddini aşmış və “piyadalar” yol nişanı tələblərini kobud şəkildə pozaraq keçid üzərindən hərəkət edən piyadalrın həyatı üçün təhlükə yaratdığı üçün barəsində edilən şikayətə baxılması ilə əlaqədar polis şöbəsinə dəvət olunarkən etiraz bildirmiş, o cümlədən xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “Mersedes Benz” markalı ** VX *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən kifayət qədər diqqətli olmamış və “piyadalar” yol nişanı tələbinə əməl etməyib hərəkəti davam etdirmıklə keçid üzərindən hərəkət edən piyadalrın həyatı üçün təhlükə yaratmışdır. Lakin dərhal əyləci sıxaraq avtomobili sağa döndərmiş, yol nəqliyyat hadisəsindən birtəhər yayınaraq avtomobili qarşıda saxlamış və yerə düşərək piyadalardan üzr istəmişdir. Bundan sonra barəsində edilən şikayətə baxılması ilə əlaqədar polis şöbəsinə dəvət olunmuş, izahatında hadisə ilə əlaqədar qorxu keçirtdiyini, hazırda həyəcanlı olduğunu və yol hərəkəti qaydalarını pozduğuna görə peşman olduğunu bildirməsinə baxmayaraq YPX rəisi tərəfindən təhqir edilmiş və döyülmüşdür. Qəbələ RPŞ-nin növbətçi hissəsinə yaxınlaşarkən polis əməkdaşlarına qarşı kobudluq etməmiş və nalayiq ifadələr işlətməmişdir. Hər hansı bir vəziyyətdə olmasına baxmayaraq nalayiq ifadələr işlətməsi onun xarakterinə uyğun deyil. Ona görə də, barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş üzrə şahid X7 izahatında göstərmişdir ki, Qəbələ RPŞ DYPB YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində YPX inspektoru polis baş serjantı Zaur Cavadzadə ilə birlikdə Qəbələ şəhərində xidmətdə olarkən Şəxs idarə etdiyi “Mersedes Benz” markalı ** VX *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən sürət həddini aşması və “piyadalar” yol nişanı tələblərini kobud şəkildə pozaraq keçid üzərindən hərəkət edən piyadalrın həyatı üçün təhlükə yaratması barədə məlumat almış və telefon əlaqəsi yaradaraq barəsində edilən şikayətə baxılması ilə əlaqədar onu polis şöbəsinə dəvət etmişdir. Əliyev X9 RPŞ-nin növbətçi hissəsinə yaxınlaşarkən yol hərəkəti qaydalarını pozmadığını və əsassız yerə gətirildiyini nümayişkaranə şəkildə bildirərək etiraz etmiş və sonra ucadan nalayiq ifadələr işlədib polis əməkdaşlarına qarşı kobud rəftar nümayiş etdirərək ərtrafdakı insanların diqqətini cəlb etməyə çalışmışdır. Şəxs polis əməkdaşlarının nalayiq ifadələr işlətməməsi barədə tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş və tutularaq növbətçi hissəyə təhvil verilmişdir. İş üzrə şahid, Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X5 izahatında X4 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid X3 izahatında göstərmişdir ki, Qəbələ RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə, saat 17:50 radələrində Qəbələ RPŞ-nin 1 saylı qapı postunda xidmətdə olarkən Şəxs idarə etdiyi “Mersedes Benz” markalı ** VX *** dövlət nömrə nişanlı avtomobillə yaxınlaşaraq postun qarşısında küçədə dayanmışdır. Onu Qəbələ RPŞ DYPB YPX inspektorları X5 və X7 qarşılamışdır. Şəxs onlara yaxınlaşarkən yol hərəkəti qaydalarını pozmadığını və əsassız yerə gətirildiyini nümayişkaranə şəkildə bildirərək etiraz etmiş və sonra ucadan nalayiq ifadələr işlədib polis əməkdaşlarına qarşı kobud rəftar nümayiş etdirərək ərtrafdakı insanların diqqətini cəlb etməyə çalışmışdır. Şəxs polis əməkdaşlarının nalayiq ifadələr işlətməməsi barədə tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmiş və tutularaq növbətçi hissəyə təhvil verilmişdir. İş üzrə şahid, Qəbələ RPŞ PPXB-nin polis nəfəri X10 izahatında X2 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 027674 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 18:30-da AR İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də,o, İXM-nin müvafiq maddələri təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X11 adında uşağı vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməli və cəzanın həddi müəyyən edilərkən məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 oktyabr 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-499/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-499/2025
05.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver