Məhkəmə qərarları › İş №3(025)-5/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-5/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-5/2024 10.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X1 Qəbələ rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində tərtib olunmuş Qəbələ rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıraq hesab edir ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından göründüyü kimi X2 barəsində protokol tərtib edilsə də, bu barədə qərar qəbul edilməsini təsdiq edən hər hansı bir sənəd şikayət ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X2 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X1 Qəbələ rayonu Yol Patrul xidməti inspektoru, polis baş serjantı X3 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X2 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar