Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-500/2020 23.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət X6 Regional İdarəsidən daxil olmuş MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən Qəbələ şəhəri, H.Əliyev prospekti ünvanında 6m x 3m x 1 ədəd= 18 m2 bilbord icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsi X5 protokolda göstərilənlərə uyğun izahat verərək eyni zamanda göstərdi ki, Şəxs MMC-yə xx.xx.2020-ci il tarixdə Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmişdir. Şəxs MMC-yə Açıq məkanda reklam yerləşdirilməsinə verilmiş icazənin müddəti 2020-ci il aprel ayının 1-dən etibarən qutarmışdır. 2020-ci il aprel ayının 1-də Şəxs MMC-nə müraciət edərək dövlət rüsumunun ödənilməsi və müqavilə müddətinin uzaldılması barədə təklif etmişlər. Şəxs MMC tərəfindən 888,14 qəpik dövlət rüsumu ödənilməli, 4427 manat məbləğində pul isə reklam agentliyinin hesabına ödənilməlidir. Lakin Şəxs MMC tərəfindən rüsum və reklam agentliyinin hesabına ödənilməli olan məbləğ ödənilməmişdir. Bu səbəbdən verilmiş icazənin müddəti bitdiyindən sözügedən reklamın yerləşdirilməsi qanunsuzdur. xx xxxxxxx 2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin göstəriş tərtib edilib Şəxs MMC-nin ünvanına göndərilmişdir. Lakin Şəxs MMC tərəfindən buna heç bir münasibət bildirilməmiş və nəticədə onun əməlində qeyd olunan inzibati xətanın tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli, İRY 001153 nömrəli aktdan görünür ki, Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan Şəxs MMC tərəfindən İXM-nin 428.7.1-ci maddəsinə zidd olaraq icazəsiz reklamları yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bu səbəblə akt tərtib edilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli İMG 001153 nömrəli göstərişdən görünür ki, Şəxs MMC-dən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3-cü bəndini rəhbər tutaraq müvafiq aktda qeyd olunan qayda pozuntularını (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılması tələb olunmuş, ona əks halda İXM-nin 428.7-ci maddəsini əsas tutaraq barəsində protokol tərtib olunacağı izah edilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli bildirişdən görünür ki, sözügedən göstərişin surəti Şəxs MMC-nin qanuni təmsilçisi X2 göndərilmiş, icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün X8 İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımının dayandırlması tələb olunmuş, əks halda Azərbaycan Respublikası İXM-nin 428.7-ci maddəsinin uyğun bəndində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi bildirmişdir. Sözügedən bildiriş Şəxs MMC-nin qanuni təmsilçisi X4 tərəfindən “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə qol çəkilməklə şəxsən qəbul edilmişdir. İşdə olan “Açıq məkanda reklam yerləşdirilməsinə” İcazədən görünür ki, X8 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli P**********006 nömrəli texniki şərtlər pasportuna uyğun olaraq Şəxs MMC-nə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Bilbord” reklam yerləşdirilməsinə icazə verilmişdir. İşdə olan Şəxs MMC tərəfindən X8 İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx xxxxx 2020-ci il tarixdən etibarən xx xxxxxx 2020-ci il müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsinə razılıq verilməsi xahiş olunmuşdur. İşdə olan X3 vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC hüquqi şəxs kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.8-ci maddəsinin tələbinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi iş materialları ilə Şəxs MMC tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmə müddəti bitdikdən sonra müddətinin uzaldılmaması sübuta yetirilir. Həmçinin Şəxs MMC tərəfindən X8 İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx xxxxx 2020-ci il tarixdən etibarən xx xxxxxx 2020-ci il müddətinə açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsinə razılıq verilməsi xahiş olunmuş, eyni zamanda icazənin verilməsinə görə qanunvericilikdə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın ödənilməsinə zəmanət vermələri göstərmişdir. Lakin iş materiallarında Şəxs MMC tərəfindən qanunvericilikdə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun, həmçinin reklam yayımına görə haqqın ödənilməsi sübuta yetirilməmişdir. Eləcə də müvafiq reklam lövhələrinin çıxarılması barədə göstəriş verilməsinə baxmayaraq Şəxs MMC tərəfindən icra olunmamışdır. Həmçinin müqavilənin müddətinin uzadılması barədə ərizə verilsə də müvafiq dövlət rüsumu ödənilməmiş, bu səbəbdən Şəxs MMC-nə X8 İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməmişdir. Beləliklə, hüquqi şəxs - Şəxs MMC müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsini uzatmadan Qəbələ şəhəri, H.Əliyev prospektində bilbord reklam qurğusunu icazəsiz yerləşdirmiş, bununla da Reklam haqqında Qanunun tələblərini pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMCAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 5.000 (beş min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-500/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-500/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver