Məhkəmə qərarları › İş №3(025)-501/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-501/2020

23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-501/2020 23.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş leytenantı X5, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1972-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş leytenantı X9 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.8-ci maddəsinin tələbinin pozulması nəticəsində “Qaz 33021” markalı yük avtomobili ilə toqquşmuş və nəticədə qarşı tərəfdəki sərnişin X6 yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş leytenantı X9 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən araşdırılma aparılmış, Şəxs və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs1 barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barələrində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs və Zərərçəkmiş şəxs1 barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, həyat yoldaşı X2 adına “Vaz 21074” minik markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır və hadisə zamanı avtomobili özü idarə edirmiş. xx xxxxxxx 2020-ci il tarixdə təxminən 20 radələrində avtomobilini idarə edərək Ağdaş- Qəbələ yolunun Qəbələ rayon Soltannuxa kəndindən keçən hissəsi ilə Qəbələ şəhəri istiqamətdə yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkətdə imiş. Avtomobilin surəti təxminən 110 km/saat olarmış. Soltannuxa kəndindəki yol avtomobil keçidinə çatmağa təxminən 60 metr məsafədə həmin yol keçidi istiqamətdə sağ tərəfilə, asfalt örtüyünün üzəri ilə hərəkət yoluna əks olaraq bir avtomobilin hərəkət etdiyini görmüş, buna görə dönmə xəbərdarlıq işığını yandırıb avtomobilini hərəkət hissəsinin soluna keçirmiş, bu zaman uzaq işığı yandırdıqda təxminən 50 metr məsafədə Qazel markalı avtomobili yolun sağından hərəkət zolağına çıxaraq dayandığını görmüş, avtomobilinin surətini azaltmış, təxminən 60 km/saata kimi salmış, Qazel markalı avtomobil sağ hərəkət zolağına çıxaraq dayanmışdır. Qazelin dayandığını və onu gözlədiyini zənn etmiş, hərəkətinə davam etmiş, Qazel markalı avtomobilin qarşısından keçib getmək istəmiş, artıq avtomobillərin arası məsafə 6-7 metr olarmış. Bu zaman Qazel markalı avtomobil qəflətən hərəkətə gələrək onun hərəkətdə olduğu yola, yəni sol zolağa daxil olmuş, məsafə qısa olduğundan avtomobili Qazel markalı avtomobilin kabinəsinin sol tərəfindən vurmuş, Qazel ordakı qazona, səkinin üzərinə daxil olmuş, idarə etdiyi avtomobil isə yolun ortasında dayanmışdır. Hadisə zamanı avtomobilin qabaq oturacağında əyləşən sərnişin Ramin adlı şəxs xəsarət aldığı üçün oradan təcili yardım avtomobili ilə xəstəxanaya müraciət etmişlər. Avtomobilinin sürətinin icazə verilən həddən artıq, yəni 110 km/saat sürətlə hərəkət etdirdiyinə görə özünü günahkar bilir. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəmişdir və ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 barəsində də həmçinin protokol tərtib olunmuşdur. Yəni, baş vermiş hadisədə Zərərçəkmiş şəxs1də təqsiri olmuşdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyniməzmunlu izahat verərək, eyni zamanda məhkəməyə ərizə təqdim edərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinin tələblərinə əsasən inzibati materiala qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbələ RPŞ-nin İstintaq bölməsindəŞəxs və Zərərçəkmiş şəxs1 barəsində toplanmış HK-1/1197 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1933 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ-21074 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə QAZ- 33021 markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X10 rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, № 585 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X10 rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, № 588 saylı MTE-nin rəyindən görünür ki, Şəxs bədəni üzərində sağ əlin üst səthinin, döş qəfəsinin ön sol yuxarı hissəsinin qançırı və burnunun sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxxx 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X10 rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, № 589 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində üzün sağ tərəfinin və sol əlin İİİ barmağının orta falanqasının üst səthinin əzilmiş-cırılmış yaraları və alının sol tərəfinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 11oktyabr 2020-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL ZƏRƏR vurmaya aiddir. - sərxoşluq vəziyyətinin 438 nömrəli xx.xx.2020-ci il tarixli tibbi müayinəsi protokoluna əsasən Şəxs həmin gün ayıq olmuşdur. - AD 934203 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21074” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. - AF 223073 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - xx.xx.2020-ci il tarixli “Ziyan Aktı”ndan görünür ki, QAZEL markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1155 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs2 heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs “Vaz 21074” markalı, **-NJ-*** dövlət nömrə nişanlı minik avtomobillə Qəbələ-Ağdaş yolunun Qəbələ rayon Soltannuxa kəndi istiqamətindən üzü Qəbələ şəhəri istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, bu zaman həmin yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol keçidinə yolun sağındakı ehtiyat hissə olan daşlı-çınqıllı-torpaqlı yoldan daxil olmaq istəyən Qəbələ rayon Zarağan-2 şəhərciyində yaşayan Zərərçəkmiş şəxs1 idarə etdiyi Qaz 33021 yük markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili asfalt örtüyünün üzərində kabinasının sol yan tərəfindən avtomobilinin ön hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə özünün sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti, avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti alması özünün etirafedici izahatı, ekspert rəyi və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdırılan halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar