Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-502/2020 24.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Şuşa rayonu, Malbəyli kəndində qeydiyyatda olan və Qəbələ rayonu, Kürd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus “QAZ 33021” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Qəbələ rayon Soltannuxa kəndi ərazisində yol hərəkəti qaydalarını pozmuş, hərəkətdə olan “VAZ 21074” markalı, ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən və sərnişin X1 yüngül zərər vuran bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qəbələ Rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Loğman Abdulxalıqovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon DYPB İTB polis baş leytenantı Ruslan Rəhimov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həyat yoldaşının mülkiyyətində “QAZ 33021” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı qeydiyyat nişanlı avtomobil vardır ki avtomobili o, idarə edir, buna görə BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx xxxxxxx 2020-ci il tarixdə təxminən 20:00 radələrində kartofçuluğun müdiri ona zəng edərək Qəbələ rayon Soltannuxa kəndində yol dairəsindən təxminən 100 metr üzü Qəbələ şəhəri istiqamətində yolun sağında kartofçuluğa məxsus Kon markalı avtomobilin təkərinin boşaldığını və həmin təkəri kartofçuluğa gətirməyi ondan xahiş etdi. Zarağan 2 şəhərciyindən həmin avtomobilini idarə edərək Soltannuxa kəndinə yol dairəsinə gəldi və dairəyə daxil olub yolu digər tərəfə daşlı çınqıllı kənd yoluna düşdü, orada yol dairəsindən təxminən 100 metr məsafədə kartofçuluğun müdirinin dediyi və kon və təkər var idi. Orada oğlu Səxavətlə və müdirin özü, həmçinin kon sürücüsü ilə birgə konun arxa bir ədəd təkərin avtomobilinin yük yerinə yüklədilər və bundan sonra, o, həmin təkəri Kürd kəndinin qaş sahəsinə aparmaq üçün yola düşdü. Konun yanında isə müdir, oğlu Səxavət və Kon sürücüsü qaldılar. Ağdaş Qəbələ yolunun Soltannuxa kəndində keçən hissəsindəki yol dairəsinə tərəf daşlı yolla düz gəldi bu zaman sol tərəfinə baxdıqda orada həmin yolla Qəbələ şəhəri istiqamətində bir avtomobilin gəldiyini və onun işığını gördü. Həmin avtomobil ondan 200 metr məsafədə olardı. Yol dairəsinə daxil olmaq üçün avtomobilini birinci ötürmələr qutusuna keçirdi və avtomobilinin ön hissəsini asfalt örtüyə yol dairəsinə daxil etdi. Bu zaman qəflətən avtomobilinin kabinasının sol qapı tərəfindən qüvvətli zərbə dəydi və avtomobili yol dairəsindən çıxaraq oradakı səkinin üzərindəki qazona daxil olaraq orada dayandı. Qapı açılmadığından dərhal digər qapıdan yerə düşdü və gördü ki, avtomobilinin sağ tərəfindən vuraraq yol nəqliyyat hadisəsi törətmiş şəxs Cahangir adlı şəxsdir və o idarə etdiyi Vaz 2107 markalı avtomobillə onun avtomobilini vurmuşdur. Belə ki, yerə düşəndə artıq Vaz 2107 markalı avtomobildən 3 nəfər şəxs düşmüşdür və Cahangir özünün sürücü olduğunu dedi. Həmçinin həmin şəxslər xəsarət aldıqları üçün oradan təcili yardım avtomobili ilə xəstəxanaya müraciət etdilər. Vaz 2107 markalı avtomoildə olan sərnişinlərdən birini sonradan görmədi, deyəsən oradan uzaqlaşdı. Xəstəxanaya o, Cahangir və Vaz 2107 markalı avtomobildə olan Ramin adlı şəxs müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, həyat yoldaşı X2 adına Vaz 21074 minik markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil vardır ki avtomobili o, idarə edir buna görə BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx xxxxxxx 2020-ci il tarixdə 20:00 radələrində avtomobilini idarə edərək Ağdaş-Qəbələ yolunu Qəbələ rayon Soltannuxa kəndindən keçən hissəsi ilə Qəbələ şəhəri istiqamətdə yolun hərəkət hissəsinin sağ zolağı ilə hərəkətdə idi. Avtomobilinin sürəti 110 km/saat olardı. Soltannuxa kəndindəki yol dairəsinə çatmağa təxminən 60 metr məsafədə həmin yol dairəsi istiqamətdə onun sağ tərəfinlə asfalt örtüyü ilə onun hərəkət yoluna əks olaraq hərəkət etdiyini gördü. O da buna görə dönmə xəbərdarlıq işığını yandırıb avtomobilini hərəkət hissəsinin soluna keçirtdi. Bu zaman o, uzaq işığı yandırdıqda gördü ki, Qazel markalı avtomobil yolun sağından hərəkət zolağına çıxaraq dayanmışdır. Avtomobilinin sürətini azaltdı, təxminən 60 km/saata kimi saldı. Həmin Qazel markalı avtomobili təxminən 50 metr məsafədən görmüşdir. Qazel markalı avtomobil sağ hərəkət zolağına çıxaraq dayanmışdır. Qazelin dayandığını və onu gözlədiyini zənn etdi, hərəkətinə davam etdi ki, Qazel markalı avtomobilin qarşısından keçib getsin. Artıq avtomobilləri arası məsafə 6-7 metr olardı. Bu zaman Qazel markalı avtomobil qəflətən hərəkətə gələrək onun hərəkətdə olduğu yola, yəni, sol zolağa daxil oldu və məsafə qısa olduğundan avtomobili Qazel markalı avtomobilin kabinəsinin sol tərəfindən vurdu. Qazel oradakı qazona səkinin üzərinə daxil oldu, onun avtomobili isə yolun ortasında dayandı. Yəni toqquşma yeri yolun hərəkət hissəsinin-orta xəttindən sol tərəfdə zolaqda baş vermişdir. Hadisə zamanı o və avtomobilinin qabaq oturacağında əyləşən sərnişin Ramin adlı şəxs xəsarət aldıqları üçün oradan təcili yardım avtomobili ilə xəstəxanaya müraciət etdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 20 radələrində tanışı Cahangirin idarə etdiyi VAZ 21074 markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Qobələ yolunun Qəbələ rayon Soltannuxa kəndindən keçən hissəsi ilə hərəkətdə idi. Ön oturacaqda sərnişin qismində oturmuşdu. Avtomobilin sürəti təxminən 10 km/saat olardı. Soltannuxa kəndindəki yol dairəsinə çatmağa təxminən 60 metr məsafədə həmin yol dairəsi istiqamətdə sağ tərəfi ilə, asfalt örtüyü ilə hərəkət yoluna əks olaraq bir avtomobilin hərəkət etdiyini gördülər. Cahangir də buna görə avtomobili hərəkət hissəsinin soluna keçirtdi. Bu zaman Qazel markalı avtomobil yolun sağından hərəkət zolağına çıxaraq dayandığını gördü. Cahangir avtomobilinin sürətini azaltdı. Qazel markalı avtomobil sağ hərəkət zolağına çıxaraq dayanmışdır. Cahangir də Qazelin dayandığını və onları gözlədiyini zənn etdilər, hərəkətə davam etdilər ki, Qazel markalı avtomobilin qarşısından keçib getsinlər. Artıq avtomobilləri arası məsafə 6-7 metr olardı. Bu zaman Qazel markalı avtomobil qəflətən hərəkətə gələrək hərəkətdə olduğu yola, yəni, sol zolağa daxil oldu və məsafə qısa olduğundan avtomobili Qazel markalı avtomobilin kabinəsinin sol tərəfindən vurdu. Qazel oradakı qazona səkinin üzərinə daxil oldu, onun avtomobili isə yolun ortasında dayandı. Yəni toqquşma yeri yolun hərəkət hissəsinin-orta xəttindən sol tərəfdə zolaqda baş vermişdir. Hadisə zamanı onlar xəsarət aldıqları üçün oradan təcili yardım avtomobili ilə xəstəxanaya müraciət etdilər. Sonda isə X4 barəsində inzibati xəta haqqında iş aparılan Şəxs ilə barışmadığını bildirərək, müalicəsi ilə bağlı xərclədiyi vəsaiti tələb etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon DYPB polis baş leytenantı Ruslan Rəhimov tərəfindən tərtib edilən xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolla, tərəflərin izahatları, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-502/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-502/2020
24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver