Məhkəmə qərarları › İş №3(025)-503/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-503/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-503/2020 24.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X2 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X2 xx.xx.2020ci il tarixli, EQ ******* saylı, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X3 ərizə ilə müraciət edərək, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıraq hesab edir ki, ərizəçi X3 təkrar məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, ərizənin məhkəmə baxışı istisna olunur. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X1 müraciəti təmin olunaraq onun Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X2 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət X6 Mərkəzi Məlumat Xidmətinin xx.xx.2020ci il tarixli, EQ ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar