Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-503/2023 30.12.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, şikayətçi X4 və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarından X4 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 3(025)-503/2023 nömrəli qərarına əsasən X4 şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-345/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 3(025)-503/2023 nömrəli qərarı ləğv edilmiş, X4 barəsində İXM-in 271-ci maddəsi ilə olan inzibati xəta haqqında iş materiallarına baxılması davam etdirilməsi üçün həmin materiallar Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 17 iyul 2023-cü i! tarixli ******* saylı qərarı ilə Əmirvan bələdiyyəsi 2000 (iki min) manat cərimə olunmuşdur. O həmin qərarı qanunsuz, ədalətsiz hesab edir və buna görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Bildirir ki, Əmirvan bələdiyyəsinin 14 may 2014-cü il 06 və 24 noyabr 2017-ci il tarixli 19 saylı qərarı ilə , Regional Ekologiya idarəsinin və ictimai rəyi nəzərə almaqla bələdiyyə ərazisində, kənddən 600 'metr məsafədə, kənd təsərrüfatı və əkin üçün yararsız sahədə məişət tullantıları üçün 2 quyu, sənaye və tikinti tullantıları üçün 40 kv.m açıq sahə ayrılmışdır. Bələdiyyə ərazisində sanitariya-gigiyena və ekoloji normalara riayət olunması məqsədiiə məişət tullantıları həmin quyulara boşaldılır, sənaye və tikinti tullantıları açıq sahəyə daşınaraq vaxtaşrı hamarlaşdırılaraq üstü torpaq qatı ilə örtülür. Məişət, sənaye və tikinti tullantıları üçün saxlac yerlər barəsində kənd əhalisi elanlar vasitəsilə tanış edilmişdir. Lakin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi əraziyə baxış keçirmədən , Qəbələ Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş protokol əsasında inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati Xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Onu da qeyd edir ki, qərarın müzakirəsi üçün Ekologiya idarəsinin məktubu bələdiyyəyə xx.xx.2023-cü il tarixdə daxil olmuş, qərar isə xx.xx.2023-cü il tarixdə çıxarılmışdır. "Bələdiyyələrin statusu haqqında " Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin tələblərindən aydın olur ki, yerli ekoloji proqramların məqsədi dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir.Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər həyata keçirilə bilər. Bələdiyyələr dövlətin ekoloi proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda digər tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın olur ki, dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələləri ilə bağlı yerli ekoloji proqramlar bələdiyyələrin maliyyə imkanlarına uyğun olaraq nəzərdə tutula bilər, məişət tullantılarının yığılması, nəql edilməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsinin həyata keçirilməsi bələdiyyələrin vəzifəsi deyil, hüququdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, bu iş barəsində Qəbələ Rayon Polis şöbəsi tərəfindən araşdırma aprılmış, həmin yerlərin fotoşəkilləri çəkilmiş və protokol yazılmışdır. Vətəndaş özüdə orada iştirak etimşdir. Daha sonra həmin protokol 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yönlənmiş və həmin idarənin rəisi tərəfindən qərar verilmişdir. X6 İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Sonda isə məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X6 bələdiyyə sədri vəzifəsində işlədiyi Qəbələ rayonu Əmirvan kəndində sənaye və məişər tullantılarının qalaqlanması qaydasını pozmuşdur. X2 tərəfindən İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi inzibati xəta haqqında protokola baxaraq, X4 İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2023-cü il 5 aprel tarixli 3-13/Q13/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin siyahısından görünür ki, təsdiq edilmiş siyahıda Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin İXM-in 271-ci maddəsi ilə ümumiyyətlə protokol tərtib etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri, yəni bələdiyyə əhalisinin həyat fəaliyyətinin bilavasitə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası və Qanunları ilə müəyyənləşdirilən məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 5-ci maddəsinin 18-ci abzasında tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi nəzərdə tutulmuşdur. Qanunun 2-ci və 6-cı maddələrinə uyğun olaraq bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edə, yerli ekoloji proqramlar qəbul edə bilərlər. Məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər ekoloji proqramları daxil edilə bilər. Lakin bu tədbirlər dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulmayan məsələlərə aiddir. Qeyd olunduğu kimi istər “Bələdiyyələrin statusu haqqında”, istərsə də “İstehsalat və məişət tullantıları haqqında” qanunlarda və digər qanunvericilik aktlarında məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həyata keçirilməsinə görə bələdiyyələrin üzərinə vəzifə qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il, 06 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.7.3-cü yarımbəndində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi yerli icra hakimiyyəti başçılarının vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin inzibati orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə şikayətin dəlillərini və əlavə olunmuş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin inzibati orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-503/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-503/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver