Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-504/2021 04.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, şirkət 12 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə təqsirli olmamış, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırma tam və ətraflı aparılmamışdır. Belə ki, cəmiyyət tərəfindən xarici şirkətlə bağlanan müqaviləyə əsasən ümumi ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən bəyannamələr təqdim olunmuş və sözügedən mallar ölkəyə idxal olunmuşdur. Həmin bəyannamənin surəti və bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunur. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edildi ki, Şəxs MMC ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabında 04.10.2019cu il tarixində ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********2382 sorğu nömrəli gömrük bəyannaməsindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, şirkət tərəfindən ******* Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 03.12.2019-cu il tarixdə vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Bundan başqa, Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********9943 nömrəli gömrük bəyannaməsindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, şirkət tərəfindən 204730 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabında 04.10.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 03.12.2019-cu il tarixdə vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 02.11.2021-ci il tarixli PB/BPŞ-OUT-01086-2021 saylı məktubundan görünür ki, 30.09.2019-cu il tarixli ********.00RUB (on milyon rubl 00 kop) məbləğli avans ödənişi 22.07.2021 tarixində qismən olaraq **********391 saylı YGB, qalıq 8358367.00 RUB (səkkiz milyon üç yüz əlli səkkiz min üç yüz altmış yeddi rubl 00 kop) 01.11.2021 tarixində **********1029, **********9869 və **********9943 saylı YGB-ləri ilə bəyan edilmişdir. 04.10.2019 tarixli 2660000.00RUB (iki milyon altı yüz altmış min RUB 00 kop) məbləği avans ödəniş isə 01.11.2021 tarixində **********9943 və **********2382 saylı YGB-ləri ilə tam bəyan edilmişdir. Beləlikə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC və Belarusiyanın OAO “BELŞİNA” şirkəti arasında müqavilə bağlanmış, müqavilənin əsasını ******* Rusiya rublu məbləğində nəqliyyat vasitəsi üçün şinlər Azərbaycan Respublikasına idxal olunaraq Şəxs MMC-yə təhvil verilməsi təşkil etmişdir. Şəxs MMC 01.11.2021-ci il tarixədək qeyd olunan məbləği müxtəlif vaxtlarda hissə-hissə "xxxx" ASC vasitəsilə Belarusiyanın OAO“BELŞİNA” şirkətinin hesabına köçürmüş, müvafiq olaraq mallarda hissə-hissə ölkəyə idxal olunmuşdir. Yuxarıda qeyd olunan gömrük bəyannamələrindən və bankın məlumatından aydın olur ki, mübahisəli məbləğ ******* Rusiya rublu məbləğində vəsait həmin müqavilənin predmetini təşkil etmiş, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar isə ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-504/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-504/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver