Məhkəmə qərarları › İş №3(025)-504/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-504/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-504/2025 09.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.2007-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, Heydər Əliyev prospekti, ev 51-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol (xx.xx.2025-ci il tarixli MN 2197277) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, Heydər Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Qəbələ rayon icra hakimiyyətinin qarşısında dostu Rüfətlə gəzərkən polis əməkdaşları yanlarından keçərkən dostu Rüfət əlindəki siqareti yerə atmış, həmin vaxt polis əməkdşları ona yaxınlaşaraq siqaretin yerə atılmasının qanunla qadağan olduğunu bildirsələr də, onlar buna etiraz etmişlər. Bu səbəbdən onlar arasında sözlü mübahisə yaranmışdır. Daha sonra o polis əməkdaşlarına əsəbləşərək əlindəki siqaretin filtirini yerə atmışdır. Onlar polis əməkdaşlarına tabesizlik göstərdikləri üçün polis əməkdaşları tərəfindən Qəbələ RPŞnə gətirilərək NH-yə təhvil verilmişlər. İş üzrə şahid X3 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Qəbələ şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən adı sonradan onlara məlum olan Şəxs və X1 yaxınlaşmışlar. Rüfət siqaret kötüyünü yerə atdığı üçün onlar onu nizam intizama dəvət etsələr də, bu vaxt Şəxs da əlindəki siqaret kötüyünü yerə atmışdır. Onlar siqaretin yerə atılmasının qanun pozuntusu olduğunu bildirsələr də, Rüfət və İzzət buna məhəl qoymayaraq sözlü mübahisə edərək hərəkətləri ilə ətrafdakı insanların diqqətini çəkərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişlər. Ona görə də, Şəxs tutaraq polis şöbəsinə gətirmişlər. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027673 nömrəli inzibati qaydada tutma haqqında Protokola əsasən Şəxs həmin gün saat 20:15-da AR İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və şahidi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və inzibati xətanı ilk dəfə törətməsi nəzərə alınaraq həbsetmənin müddəti müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112,115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 08 oktyabr 2025-ci il tarixdən saat 20:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar