Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-505/2020 15.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X6 və Zərərçəkmiş şəxs1 (eyni zamanda Zərərçəkmiş şəxs2, X2 qanuni nümayəndəsi (anaları), Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1984-cü il aprelin 11-də Qəbələ rayonu Abrıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Qəbələ rayonu Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində qonşuları Zərərçəkmiş şəxs1, X4 və Zərərçəkmiş şəxs2 döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X7 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində qonşuları Zərərçəkmiş şəxs1, X4 və Zərərçəkmiş şəxs2 döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs3 və onun ailəsi ilə təxminən 3 ilə yaxın müddətdir ki, qonşuluqda yaşayır. Həmin şəxslərlə münasibətləri son bir il ərzində Zərərçəkmiş şəxs3 və ailə üzvlərinin onun həyətinə suyun gəlməsinə maneəçilik törətdiklərinə, eləcə də onların həyətinə düşən meyvə ağaclarının budaqlarından tökülən meyvələrini yığmaqlarına imkan vermədikləri üçün pisləşmişdir. Hətta həyat yoldaşı Fərasətə Təvəkkülün ailə üzvlərinə onlara məxsus meyvə ağaclarının özlərinə məxsus həyətə düşən budaqlarından tökülən meyvələrini yığmağa imkan verməyəcəyini demişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Təvəkkülün qızı Ləmanın onların yol yerinə keçərək şabalıd meyvələrini yığdığını gördüyü üçün ondan şabalıdı yığmamasını tələb etdiyi zaman Təvəkkül ona cavab olaraq “sən dəlisən?” deyə səslənmişdir. Aralarında söz mübahisəsi yaranmış və bir neçə dəqiqə davam etmiş, bu əsnada Zərərçəkmiş şəxs2 əlindəki şabalıd cecəsi olan vedrəni başından aşağı tökmüşdür. Bu səbəbdən ilk olaraq Ləmanı, daha sonra isə onun anası Günayı əli ilə tutaraq itələmişdir. Bu minvalla qonşuları Ləman, Rəvan və Günay ilə qarşılıqlı şəkildə dartışdığı zaman Zərərçəkmiş şəxs3 onları videoçəkilişə almışdır. Hətta dava zamanı azyaşlı qızı Səidənin saçlarından tutaraq onu yerə yıxmış, qızının isə müvazimətini saxlamaq istədiyi zaman sağ əlinin baş barmaqdan xəsarət almışdır. Zərərçəkmiş şəxs3 isə mobil telefonla çəkilişi dayandırdıqdan sonra onun sağ gözünün alt hissəsinə əl atmış və nəticədə sağ gözünün alt hissəsindən xəsarət almışdır. Daha sonra isə həyat yoldaşı Fərasətin gəlməsindən sonra isə dava sona çatmışdır. Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmamışlar. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində yerləşən yaşayış evində həyətyanı sahədə ailə üzvləri ilə birlikdə onlara məxsus şabalıd ağacının meyvələrini yığarkən təxminən saat 17:00 radələrində onlarla qonşuluqda yaşayan Şəxs heç bir səbəb olmadan və bildirmədən əvvəlcə qızı Zərərçəkmiş şəxs2 itələyərək yerə yıxmış, daha sonra onu itələmiş və qızının sinəsinə yumruq zərbəsi endirmişdir. Sonra oğlu Rəvan onlara yaxınlaşarkən onu da sinəsindən itələyərək yerə yıxmış və sürümüyə başlamışdır. Həyat yoldaşı Təvəkkül isə qadının onu şərləməyindən qorxaraq ona yaxınlaşmamış və Yeganənin qayınlarına zəng vuraraq onu sakitləşdirmələri üçün yaşadığı ünvana gəlmələrini bildirmişdir. Daha sonra Yeganənin qaynatası və qaynanası oraya yaxınlaşaraq onu sakitləşdirərək aparmışlar. Hal-hazırda Şəxs ilə barışmamışlar və onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi – anası Zərərçəkmiş şəxs1 iştirakı ilə izahat verən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində yaşadığı Qəbələ rayonu Uludaş kəndində yerləşən öz həyətyanı sahələrində bacısı Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 ilə birlikdə şabalıd meyvəsi yığarkən qonşuları Şəxs onlara yaxınlaşaraq onun həyatyanı sahəsinə daxil olduqlarını bildirərək, əvvəlcə bacısı Ləmanın üzərinə gələrək, onun saçından tutaraq itələmiş və yerə yıxmışdır. Daha sonra sinəsinə yumruq vurduğunu görmüş, daha sonra anası Günay Yeganəyə irad bildirərək bacısında yaxınlaşdıqda, anasını da yerə itələyərək yıxmışdır. Daha sonra o, anası ilə bacısına yaxınlaşdıqda onu köynəyindən tutaraq itələyərək yıxmışdır. Daha sonra onlara qarşı təhqiredici ifadələr işlətmişdir. Sonra Yeganənin yoldaşı Fərasət gələrək onu oradan uzaqlaşdırmış və onlarda evə gəlmişlər. Hal-hazırda həmin şəxslə barışmamışlar. Barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi – anası Zərərçəkmiş şəxs1 iştirakı ilə izahat verən Zərərçəkmiş şəxs2 qardaşı X6 ilə eyni məzmunlu izahat verərək qonşuları Şəxs şikayətçi olduğunu və barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 şahid qismində ifadə verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Uludaş kəndində yerləşən yaşayış evində həyətyanı sahəsində ailə üzvləri ilə birlikdə onlara məxsus şabalıd ağacının meyvələrini yığarkən təxminən saat 17:00 radələrində onlarla qonşuluqda yaşayan Şəxs heç bir səbəb olmadan və bildirmədən əvvəlcə qızı Zərərçəkmiş şəxs2 itələyərək yerə yıxmış, daha sonra həyat yoldaşı Günayı itələmiş və qızının sinəsinə yumruq zərbəsi endirmiş və sonra oğlu Rəvan yoldaşı ilə qızına yaxınlaşarkən onuda sinəsindən itələyərək yerə yıxmış və sürməyə başlamış və o isə şərləməyindən qorxaraq ona yaxınlaşmamış və Yeganənin qayınlarına zəng vuraraq onu sakitləşdirmələri üçün yaşadığı ünvana gəlmələrini bildirmişdir. Daha sonra qaynatası və qaynanası oraya yaxınlaşaraq onu sakitləşdirərək aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2020-cu il tarixli 514 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol gözün alt qapağının sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni xx xxxxxxxx 2020-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2020-cu il tarixli 515 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində sol baldırın ön orta 3-nin sıyrığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda tarixdə, yəni xx xxxxxxxx 2020-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2020-cu il tarixli 516 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət aşkar edilməmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Şəxs müraciətləri əsasında toplanmış HK-1/1120 saylı, HK-1/1122 saylı və Hk- 1/1195 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hall kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Məhəmməd və xx.xx.2009-cu il təvəllüdlü Səidə adlı on dörd yaşa çatmamış uşaqları vardır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-505/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-505/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver