Məhkəmə qərarları › İş №3(025)-509/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-509/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-509/2023 25.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti olaraq icra edən polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, Qəbələ rayonu, Yenikənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Zarağan kəndində yerləşən “Bazarstore” mağazasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozmuş, polis əməkdaşına tebesizlik göstərmişdir. Bundan başqa, 25 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 22 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində “Bazarstore” ticarət mərkəzinin yanında nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Zarağan kəndində yerləşən “Bazarstore” mağazasının qarşısında polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ictimai qaydanı kobud şəkildə pozmuşdur. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Həmçinin Şəxs 22 sentyabr 2023-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində “Bazarstore” ticarət mərkəzinin yanında nalayiq ifadələr işlədib ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 22 sentyabr 2023-cü il tarixdə Qəbələ rayon Zarağan kəndində yerləşən Səma şadlıq sarayında yerləşən toy məclisində olmuşdur. Toy məclisində çoxlu spirtli içki qəbul etmişdir. Oradan çıxıb Bazarstore ticarət mərkəzinin yanında olan çay evinə gedərək, orada yüksək dərəcədə sərxoş olduğundan söyüşlər söymüşdür. Söyüş söyən vaxt ona polis əməkdaşları yaxışlaşıb söyüş söyməməsini bildirsələr də o onların bildirişlərinə məhəl qoymamışdır. Polislər onu nizam-intizama dəvət etsələr də o onların qanuni tələblərinə tabe olmamışdır. Həmçinin keçmiş iş yoldaşı Nəsrəddinli İbrahim ona kömək etmək istəmiş və sərxoş vəziyyətdə olduğundan ayaq üstə dura bilməmiş yıxılıb sifəti asvalta dəymişdir. İş yoldaşı ona söyüş söymə desə də o buna məhəl qoymamışdır. O polis əməkdaşlarının qanunlarına məhəl qoymadığından onu polis şöbəsinə gətirmişdilər. Sərxoş olduğu üçün bu cür hərəkətlərə yol vermişdir. Bir daha bu cür hərəkətlər etməyəcək və etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Səxavət Qafarov izahatında göstərmişdir ki, xx.xx.2023-cü İİ tarixdə ərazinin sahə polis nəfəri, polis serjantı Azad Baxışlı ilə birlikdə xidməti ərazisi olan Qəbələ rayon Zarağan kəndində xidmətdə olmuşdur. Həmin gün günün ikinci yarısında İTB-nin sahə polis nəfəri, polis serjantı Azad Baxışlı ilə birlikdə Qəbalə rayon Zarağan kəndində xidmətdə olan vaxt “Bazarstore” Ticarət Mərkəzinin qarşısında adı ona sonradan məlum olan Şəxs uca səslə nalayiq ifadələr işlətməsini, hərəkətləri ilə yolla keçən şəxslərə maneçilik törətməsini, həmçinin Nəsrəddini! İbrahim Bədrəddin oğlu itə sözlü mübahisə etməsini və sonuncunun onu sakitləşdirmək istədiyini müşahidə etmişdilər. Nə baş verdiyini öyrənmək üçün həmin yerə yaxınlaşaraq və özlərini təqdim edib Şəxs sakitləşdirmək istəmişdilər. Lakin Şəxs hərəkətlərinə nəzarət edə bilmir, ayaq üstə özünü saxlaya bilməyib yerə yıxılırdı. Bizi görüb ayağa qalxır və yenidən uca səslə nalayiq ifadələr işlədərək onlarla mübahisə edir qanuni tələblərinə qəsdən tabe olmur və nümayişkaranə hərəkətlər edərək ictimai asayişi kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Buna görə də həmin şəxs tərəflərindən müvafiq qaydada sakstləşdirilərək barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil vermişdilər. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radəsində Qəbələ rayon Zarağan kəndində yerləşən “Səma” şadlıq sarayına toy məclisinə gəlmişdir. Saat 16 radəsində toy məclisindən şadlıq sarayının qarşısına çıxıb “Bazarstore” Ticarət Mərkəzinin yanında olan çayxanaya getdikdə keçmişdə iş yoldaşı olan X1 söydüyünü və spirtli içki çox qəbul etdiyindən müvazinətini saxlaya bilmədiyindən ona yaxınlaşmışdır. Onu sakitləşdirmək istəsə də o sərxoş olduğundan onun sözlərinə məhəl qoymurdu nalayiq ifadələr işlətməyə davam edirdi, Həmçinin onun yanında olan vaxt bir neçə dəfə yerə yıxılmışdır. Təxminən 5-10 dəqiqə Şəxslə söhbət etsəmdə heç bir nəticəsi olmamışdır. Akiflə söhbət edən vaxt 2 nəfər polis əməkdaşı ora yaxınlaşdı və Akiflə söhbətlər aparıb söyüş söyməməyi bildirsələrdə o polis əməkdaşlarının iradlarından nəticə çıxartmayıb uca səslə söyüşlər söyməyə davam edirdi. Polis əməkdaşları təxminən 10 dəqiqə Akiflə söhbət aparıb nizam-intizamlı olmağı bildirsədə o polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmurdu. Buna görə polis əməkdaşları Akif və məni polis şöbəsinə gətirdilər. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru X6 tərəfindən tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək hazırki iş üzrə inzibati qaydada tutma müddəti nəzərə alınmaqla Şəxs təyin edilmiş inzibati tənbehdən çıxılmaqla üzərində qəti inzibati tənbeh təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 02 (iki) gün inzibati qaydada tutma müddəti təyin olunmuş inzibati qaydada həbs müddətindən çıxılmaqla üzərində 08 (səkkiz) gün inzibati qaydada həbs saxlanılsın. Həbs etmənin əvvəli 25 sentyabr 2023-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar