Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-51/2023 07.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rütəm oğlunun və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Daşca kəndində anadan olmuş, Qəbələ rayonu, Daşca kəndində qeydiyyatda olan və yaşayan Şəxs Rütəm oğlunun barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Daşca kəndədə Zərərçəkmiş şəxs atasının yaşadıqları evində Şəxs Rütəm oğlu həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Daşca kəndədə Zərərçəkmiş şəxs atasının yaşadıqları evində Şəxs Rütəm oğlu həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir.Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs Rütəm oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rütəm oğlu törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2016-ci il tarixdən həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlidir, iki azyaşlı qızı vardır. Təxminən bir ay müddətdir ki, boşanmaq ərəfəsindədir. O təxminən bir aydır ki, ata evindədir. Həmin müddət ərzində övladlarını ara-sıra öz evinə aparır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrindən sonra Günaya zəng edərək uşağı hazırlaşdır gəlib evə aparacaq demiş, təxminən yarım saat sonra Günay zəng etmiş azyaşlı qızı telefonda danışaraq ona “mən gəlmək, istəmirəm” demişdir. Səbəbini soruşanda qızı ona “ana deyir ki, atanla getmə” demişdir. Buna görə onların evinə getmiş, azyaşlı qızı Zəhranı aparmaq istəyən zaman Günay onun yaxasından tutmuş, ona uşağı aparma demiş, buna görə sinəsindən əli ilə itələmiş o da evin içərisindəki divanın üzərinə yıxılmış, daha sonra o qənd qabını ona atmış, qənd qabı kürəyinə dəymiş, qızını otaqdan çıxartmış, qapının qarşısına qoymuş, sonra görmüş ki, Günay stolun üzərindən bıçaq götürərək ona tərəfə gəlir, buna görə onun əlindən tutmuş, onu divana yıxmış, bıçağı əlindən almış, bıçağı kənara atmış, həmin zaman Günay onun üzünü, boynunu və sol əlini cırmaqlamış, dırnaqları ilə xəsarət yetirmiş, həmçinin ona qarşı nalayiq ifadələr işlətmiş buna görə onun üzünə iki dəfə sillə ilə zərbə vurmuş, onun başından tutub əli ilə saxlamış, həmin zaman qızı içəri daxil olmuş və ağlamış, buna görə kənara çəkilmiş və qızını götürərək öz evinə getmişdir. Mübahisə zamanı orada başqa heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2017-ci il tarixdən Şəxs ilə evlidir, iki azyaşlı qızları vardır. Təxminən iki ay müddətdir ki, boşanmaq ərəfəsindədirlər. Təxminən iki aydır ki, ata evindədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrindən sonra Ruslan ona zəng edərək Zəhranı hazırlaşdır gəlib evə aparacam demişdir. Həmin zaman Ruslanın əmisigildə imiş. Oradan çıxaraq öz evlərinə gəlmiş, qızı Zəhra ağlayaraq getmək istəmədiyini bildirmiş, ona “atana zəng edim özün de ki, getmək istəmirəm” demişdir. Belə olub Ruslana zəng etmiş, telefonu qızna vermiş, o da getmək istəmir demişdir. Ruslan səbəbini soruşanda qızı ona “ana deyir ki, getmə demişdir”. Bu zaman Ruslan onu telefonda nalayiq ifadələr ilə təhqir etmişdir. Öz evinə getmiş, təxminən 15 dəqiqə sonra Ruslan evə gəlmiş, evə daxıl olan zaman ona içəri girmə, uşağı da götür apar demişdir. O bu zaman sən mənim uşağımı mənə qarşı doldurursan deyərək boğazından tutaraq divara sıxmış, sonra saçından dartaraq divanda otuzdurmuş, qarnına, ayağına təpik ilə, üzünə isə sillə ilə zərbə vurmuş, həmin zaman özünü müdafiə etmək üçün əli ilə onun üzünə cırmaq atmış, köynəyindən tutub dartmış, Ruslan onu buraxaraq stolun üzərindəki qəndqabını ona atmış, qənd qabı sol əlinə dəymiş, bu zaman qızı Zəhra ağlamağa başlamış, o qızını çölə çıxartmış, sonra içəri qayıdaraq bıçaqlar olan yerdən bıçağı götürüb üzərinə gəlmiş, bu zaman qızı Zəhra ağlayaraq içəri daxil olmuş, o da qızını götürərək evdən getmişdir. Onun arxası ilə getmiş, qızını maşına qoyandan sonra o həyətə qayıtmış, onu evə aparmaq istəmiş, lakin qışqırmış, atasına zəng etmək istəmiş, o da telefonu əlindən alaraq yerə atmış, sonra o çıxıb getmişdir. Telefonu yerdən götürmüş, görmüş ki, telefon işləyir. Atasına və icra nümayəndəsinə zəng edərək məlumat vermişdir. Mübahisə zamanı evdə başqa heç kim olmamış, əvvəllər də bu cür hallar olmuşdur. Sonda isə Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Şəxs Rütəm oğlu ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən tərtib edilmiş 07 fevral 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Rütəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Rütəm oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-51/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-51/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver