Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-513/2025 14.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Qəbələ rayonu, Bunud kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2197301) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Qəbələ şəhəri, Ziya Bünyadov küçəsində səs-küy salaraq ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Bunud kəndində yaşayır və Qəbələ rayonunda yerləşən “Bless otel”də mühasib işləyir. xx.xx.2016-cı il tarixdə ailə həyatı qurmuş, həmin ailədən iki azyaşlı övladı var. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində uşaqlar onda olduğu üçün aparıb Fatimənin yaşadığı ünvana qoymuş, Fatimənin yaşadığı ünvana daxil olmuş və uşaqların yaşadıqları şəraitlə tanış olmaq istəmişdir. O telefonu ilə otaqda çəkiliş edirmiş kimi hərəkətlər etmişdir. Fatimə ondan evi tərk etməsini tələb etmiş və o küçəyə çıxmışdır. Qapıda ona aldığı telefonu qızına verməsini tələb etmiş, həmin vaxt aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşdiyi üçün ona “sən işversənsən, satqınsan” kimi ifadələr işlətmişdir. Bu hərəkətləri boşanmaq istədiyi üçün etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Qəbələ RPŞ-də öpolis serjantı vəzifəsində işləyir. O, Şəxs ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 2 övladları olmuşdur. O Şəxs xəyanətinə görə Qəbələ Rayon Məhkəməsində müraciət etmiş və hal-hazırda boşanma ərəfəsindədir. Məhkəməyə müraciət etdiyi gündən bu günə kimi Vüqar onu təhqir edir, belə ki, küçədə, evdə, iş yerində qarşısını kənir ona hədə qorxu gəlir, ünvanına təhqiramiz ifadələr işlədir. Övladlarına və ona psixoloji təsirlər göstərir. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvana gəlmiş, icazəsiz evə daxil olmuşdur. O Vüqardan evi tərk etməsini xahiş etsə də, o buna məhəl qoymamış, evdə mobil telefonla onu və dolabını açaraq geyimlərinin şəklini çəkərək uşaqlara “ananızı tanıyın, o iş verəndir, satqındır” kimi ifadələr işlətmişdir. Həm vaxt o Vüqarın evi tərk etməyəcəyini görmüş, Qəbələ RPŞ-nin NH-nə zəng vuracağını bildirdiyində Vüqar evi tərk edərək, küçəyə çıxmış və o evin qapısını arxadan bağlamaq üçün Vüqarın arxası ilə getmişdir. Vüqar qapının çölündə əlindən mobil telefonu zorla almaq istəmiş, o telefonu vermədiyində əlindən tutaraq dartmışdır. Həmin vaxt Vüqar onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu hadisə onların azyaşlı övladlarının gözü qarşısında baş vermiş, həmçinin ətrafda yaşayan qonşular da şahid olmuşlar. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027671 nömrəli İnzibati qaydada tutma haqqında protokolun surətinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:40-da AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və zərərçəkmiş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və inzibati xətanı ilk dəfə törətməsi nəzərə alınaraq həbsetmənin müddəti müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 oktyabr 2025-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-513/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-513/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver