Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-516/2025 30.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat X1 iştirakı ilə, AR DİN Qəbələ RPŞ-nin YPX-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 30915604 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN Qəbələ RPŞ-nin YPX-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 30915604 nömrəli qərarı ilə X2 xx.xx.2025-ci il tarixdə, saat 08:42 radələrində Qaraməryəm- İsmayıllı-Şəki yolunun 80.7-ci km-də idarə etdiyi “Vaz 21214 Minik” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadığına görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40,0 manat cərimə olunmuşdur. X2 AR DİN Qəbələ Rayon RPŞ-nin YPX-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025ci il tarixli EQ 30915604 nömrəli qərarından məhkəməyə şikayət edib qərarın ləğv edilməsini xahiş etmişdir. X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 08:42 radələrində o, i “Vaz 21214” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək Qaraməryəm-İsmayıllı- Şəki yolunun 80.7-ci km-də, yəni Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində hərəkətdə olmuşdur. Həmin vaxt təhlükəsizlik kəmərini bağlamasına baxmayaraq onurğasında olan qüsra görə boynuna sarıdığı dəsmal açılaraq kəmərin üzərini örtdüyü üçün görünüşü çətinləşmiş və ərazidə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınaraq barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də 40,0 manat məbləğində cərimə olunması haqqında AR DİN Qəbələ Rayon RPŞ-nin YPX-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 30915604 nömrəli qərarı ləğv edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ 30915604 nömrəli protokol üzrə qeydə alınmış fotoşəkillərdə sürücünün boynuna sarınmış dəsmalın bədənin yuxarı hissəsi üzərinə düşərək görünüşü çətinləşdirdiyi görüntülənmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə, saat 08:42-də “VAZ 21214” minik markalı **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Qaraməryəm-İsmayıllı-Şəki yolunun 80.7-ci km-də hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadığı şübhə doğurduğundan və aradan qaldırılması mümkün olmadığından onun AR İXM-nin 329.1-ci maddəsi ilə inzibati qaydada təhbeh edilməsi qanunsuz olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 40,0 manat cərimə edilməsinə dair AR DİN Qəbələ RPŞ-nin YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 30915604 nömrəli qərarı ləğv edilsin. X2 barəsində AR İXM-nin 329.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-516/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-516/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver